PDF Oxu

Siyasət

  • 607

YAP Göyçay rayon təşkilatının ərazi partiya təşkilatında VIII Qurultayın yekunlarına həsr olunmuş tədbir keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatının “B.Mİrzəyev 23” (Göyçay Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi) ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, təşkilatın sədr müavini Laçın İsmayılov, ərazi partiya təşkilatının sədri Sadiq Məmmədov və təşkilatın üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov VIII Qurultayın Yeni Azərbaycan Partiyasının həyatında mühüm siyasi hadisə olduğunu vurğulayıb. Qeyd olunub ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı çıxışı partiyanın qarşısında duran əsas vəzifələri, ölkəmizin gələcək inkişaf prioritetlərini və milli maraqların qorunması istiqamətində həyata keçirilən siyasətin əhəmiyyətini aydın şəkildə ortaya qoyub. Qurultayda səsləndirilən fikirlərin və qəbul edilən qərarların partiyanın gələcək fəaliyyətində mühüm istiqamət təşkil etdiyi diqqətə çatdırılıb.
Daha sonra çıxış edən ərazi partiya təşkilatının sədri Sadiq Məmmədov və təşkilatın üzvləri VIII Qurultayın əhəmiyyətindən, partiyanın cəmiyyətdəki rolundan, üzvlərin ictimai-siyasi proseslərdə fəal iştirakının vacibliyindən bəhs ediblər. Bildirilib ki, partiyanın müəyyən etdiyi hədəflərin uğurla həyata keçirilməsi üçün hər bir ərazi partiya təşkilatı üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməli, üzvlərlə işin səmərəliliyini artırmalı və ictimaiyyətlə əlaqələri daha da gücləndirməlidir.
Sonda VIII Qurultayın qərarlarından irəli gələn vəzifələrin yerli səviyyədə həyata keçirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbir partiyanın qarşıya qoyduğu məqsədlərin reallaşdırılması istiqamətində birgə fəaliyyətin və siyasi fəallığın artırılmasının vacibliyi vurğulanmaqla yekunlaşıb.

Digər xəbərlər