PDF Oxu

Siyasət

  • 515

YAP Tərtər rayon təşkilatının Düyərli ərazi partiya təşkilatında tədbir keçirilib - FOTO

image

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının Düyərli ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş tədbir təşkil edilib.

İlk olaraq Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, dövlət suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışının ölkənin strateji inkişaf hədəflərinin müəyyənləşdirilməsi və partiyanın gələcək fəaliyyət istiqamətlərinin formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, Azərbaycanın dövlətçilik ənənələri daha da möhkəmləndirilir.

Eldar Əsədov çıxışında ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərə, ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasına, beynəlxalq nüfuzunun yüksəlməsinə və iqtisadi qüdrətinin artırılmasına toxunub. Qeyd edib ki, qazanılmış uğurlar Azərbaycanın qarşısında yeni perspektivlər açır və qarşıya qoyulan hədəflərin reallaşdırılması üçün bütün sahələrdə məqsədyönlü fəaliyyətin davam etdirilməsini tələb edir. Bu prosesdə Yeni Azərbaycan Partiyasının üzərinə mühüm vəzifələr düşür.

Tədbirdə çıxış edən Düyərli ərazi partiya təşkilatının üzvləri qurultayda müəyyənləşdirilmiş prioritetlərin əhəmiyyətindən, partiyanın ölkənin ictimai-siyasi həyatındakı rolundan və qarşıda duran vəzifələrdən danışıblar. Çıxışlarda partiya üzvlərinin fəallığının artırılması, cəmiyyətdə milli həmrəyliyin möhkəmləndirilməsi, dövlətçilik ideyalarının təbliği və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyi diqqətə çatdırılıb.

Müzakirələr zamanı Prezident İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələrin yerli səviyyədə icrası, ərazi partiya təşkilatının fəaliyyətinin təkmilləşdirilməsi, ideoloji təhlükəsizliyin qorunması və informasiya təxribatlarına qarşı mübarizənin gücləndirilməsi məsələləri ön plana çəkilib. Eyni zamanda, əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və dövlət siyasətinin mahiyyətinin düzgün izah olunmasının əhəmiyyəti vurğulanıb.

Sonda qeyd olunub ki, partiya üzvləri üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməli, ölkəmizin inkişafına, milli birliyin qorunmasına və dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsinə öz töhfələrini verməlidirlər.

Digər xəbərlər