PDF Oxu

Siyasət

  • 463

YAP Nərimanov rayon təşkilatı tərəfindən Partiyanın VIII Qurultayın qərarlarından irəli gələn məsələlər ətrafında müzakirələr aparılıb

image

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı “Ə.Əbdülrəhimov küçəsi 122” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, YAP-ın sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrlə bağlı partiya üzvləri ilə növbəti görüş keçirilib.
Tədbirdə qurultayda müəyyənləşdirilən strateji hədəflərin əhəmiyyəti, Azərbaycanın əldə etdiyi nailiyyətlərin qorunması, milli maraqların müdafiəsi və partiyanın qarşısında duran prioritet vəzifələr müzakirə olunub.
Çıxış edən YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov və “Ə.Əbdülrəhimov küçəsi 122” ünvanı üzrə ƏPT sədri Azad Əliyev müasir dövrdə ideoloji təhlükəsizliyin təmin edilməsinin, gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsinin və ölkəmizdə həyata keçirilən siyasətin mahiyyətinin ictimaiyyətə düzgün çatdırılmasının vacibliyini vurğulayıblar.
Görüşdə bildirilib ki, hər bir partiya üzvü Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının həyata keçirilməsində fəal iştirak etməli, dövlətçilik prinsiplərinə sadiqlik nümayiş etdirməli və ölkəmizin gələcək uğurlarına töhfə verməlidir.

Digər xəbərlər