19 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Aşağı Kəsəmən kənd” və “Zəlimxan kənd” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Yunis Eyyubov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkənin ictimai-siyasi həyatında mühüm yer tutan hadisələrdən biri kimi partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından diqqətəlayiqdir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultaydakı çıxışı dövlətçilik prinsipləri, milli maraqların qorunması, ölkənin davamlı inkişafı və qarşıya qoyulan strateji məqsədlər ətrafında mühüm məsələləri əhatə edir.
Daha sonra çıxış edən natiqlər – “Aşağı Kəsəmən kənd” Ərazi Partiya Təşkilatının sədri Vüqar Qasımov və Aşağı Kəsəmən kənd tam orta ümumtəhsil məktəbin direktor əvəzi Təranə Abdullayeva bildiriblər ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və ölkənin inkişaf prioritetlərinin müzakirəsi baxımından əhəmiyyətli platformadır. Cənab İlham Əliyevin çıxışı isə dövlətçilik ənənələrinin qorunması, milli maraqların üstün tutulması və Azərbaycanın qarşıdakı dövrdə daha böyük uğurlara nail olması məqsədinə xidmət edən siyasi baxışların ifadəsi kimi dəyərləndirilir. Qarşıya qoyulan vəzifələrin ardıcıl həyata keçirilməsi ölkəmizin tərəqqisinə, dövlətimizin güclənməsinə və xalqımızın rifahının daha da yüksəlməsinə töhfə verə bilər.