PDF Oxu

Siyasət

  • 523

YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında VIII Qurultayın qarşıya qoyduğu hədəflər müzakirə olunub

YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında VIII Qurultayın qarşıya qoyduğu hədəflər müzakirə olunub

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Təbriz küçəsi 54” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, Partiyanın sədri cənab İlham Əliyevin VIII Qurultaydakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş növbəti görüş keçirilib.

Görüşdə YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov dövlətimizin inkişaf strategiyası, milli maraqların qorunması, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi və ideoloji təhlükəsizliyin təmin olunması istiqamətində qarşıda duran prioritetlər barədə məlumat verib.
Çıxışlarda partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəallığının artırılmasının, dövlət siyasətinin mahiyyətinin düzgün təbliğ edilməsinin və gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasının əhəmiyyəti vurğulanıb.

Digər xəbərlər