PDF Oxu

Siyasət

  • 529

Strateji hədəflər, qarşıda duran vəzifələr - FOTOLAR

Strateji hədəflər, qarşıda duran vəzifələr - FOTOLAR

Astarada Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş tədbirlər çərçivəsində rayonun Səncərədi kəndində şəhid ailələrinin ziyarəti zamanı və ictimaiyyət nümayəndələrinin iştirakı ilə görüşlər keçirilib.

YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərovun və aparatın əməkdaşlarının iştirak etdikləri görüşlər zamanı Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqində müəyyənləşdirilən strateji hədəflər, qarşıda duran vəzifələr və partiyanın gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, dövlət başçısının çıxışında irəli gələn müddəaların əhəmiyyəti, onların həyata keçirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.

Qarşılıqlı və səmimi fikir mübadiləsi şəraitində keçən görüşdə şəhid ailələrinin cəmiyyətimizdəki xüsusi yeri, onların problemlərinə həssas yanaşılmasının, eləcə dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğının əhəmiyyəti vurğulanıb.

İştirakçılar Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf istiqamətlərinin və qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirməsində hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdən danışıblar.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər