PDF Oxu

Siyasət

  • 819

​ Azərbaycan-Laos münasibətlərində yeni mərhələ ​ - ŞƏRH

​ Azərbaycan-Laos münasibətlərində yeni mərhələ ​ - ŞƏRH

Azərbaycan Respublikasının xarici siyasətində Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətlərdən birinə çevrilmişdir. Bu kontekstdə, Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin oktyabrın 13-də Azərbaycana rəsmi səfəri iki ölkə arasında ikitərəfli münasibətlərin keyfiyyətcə yeni səviyyəyə qaldırılmasında tarixi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, aparılan danışıqlar və qəbul edilən qərarlar iki tərəf arasında gələcək əməkdaşlıq perspektivlərini aydın şəkildə büruzə verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səfər zamanı mətbuata verdiyi bəyanat ikitərəfli əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf dinamikası barədə mühüm mesajları özündə ehtiva edir.
​ Prezident İlham Əliyevin bəyanatında xüsusi vurğuladığı kimi səfər çərçivəsində imzalanmış Birgə Bəyanat sadəcə protokol xarakterli sənəd deyil, iki dövlətin gələcək strateji fəaliyyət proqramıdır. Bu sənəd tərəflər arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın əsas prinsiplərini və konkret istiqamətlərini dəqiqliklə müəyyən edir.
​ Birgə Bəyanat qarşılıqlı sərmayə qoyuluşlarının təşviqi, ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı, energetika və nəqliyyat-logistika sahələrində birgə layihələrin icrası üçün hüquqi və siyasi bünövrə yaradır. Sənəddə yer alan müddəalar hər iki ölkənin milli maraqlarına cavab verməklə yanaşı, regional və qlobal miqyasda qarşılıqlı dəstəyin möhkəmlənməsinə xidmət edir.
​ ​Azərbaycan ilə Laos arasında diplomatik münasibətlər qurulduğu gündən etibarən siyasi dialoq yüksək səviyyədə saxlanılmışdır. Hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində – BMT, Qoşulmama Hərəkatı və digər platformalarda daima bir-birinin suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləmişdir.
​Uzun illər ərzində formalaşmış bu siyasi etimad mühiti ikitərəfli əlaqələrin digər sahələrdə də şaxələnməsinə imkan yaratmışdır. Dövlət başçılarının müntəzəm təmasları və parlamentlərarası əlaqələr siyasi müstəvidə qarşılıqlı anlayışı daha da dərinləşdirir. Laosun regional məsələlərdə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi bu uğurlu siyasi əməkdaşlığın bariz nümunəsidir.
​ ​İki ölkə arasında məsafənin uzaq olmasına baxmayaraq, xalqlarımızı və dövlətlərimizi birləşdirən səmimi dostluq və tərəfdaşlıq telləri mövcuddur. Prezident İlham Əliyevin “Laos bizim üçün dost ölkədir” bəyanatı bu münasibətlərin ruhunu tam əks etdirir.
​Bu dostluq təkcə siyasi bəyanatlarla məhdudlaşmır, həm də humanitar və təhsil sahəsindəki tarixi bağlara söykənir. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycan Ali təhsil müəssisələrində Laoslu mütəxəssislərin hazırlanması, tələbə mübadiləsi və mədəni platformalarda birgə iştirak iki xalqı bir-birinə daha da yaxınlaşdırır.
​ Laos Prezidentinin Azərbaycana səfəri və Prezident İlham Əliyevin bəyanatında əks olunan tezislər göstərir ki, Azərbaycan-Laos münasibətləri yeni dinamik inkişaf fazasına qədəm qoyur. İmzalanmış sənədlər və müəyyən edilmiş hədəflər yaxın gələcəkdə hər iki ölkənin rifahına xidmət edəcək real nəticələrin əldə olunacağını təmin edəcəkdir.

Əhməd Həsənov

YAP Sədərək rayon təşkilatının fəal üzvü,

Dəmirçi kənd ƏPT sədri

Digər xəbərlər