“Azərbaycanın AQEM-in VII Zirvə Görüşünə ev sahibliyi etməsi ölkəmizin etibarlı tərəfdaş və regional təhlükəsizlik proseslərinin fəal iştirakçısı kimi mövqeyini gücləndirir”.Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Könül Nurullayeva deyib.Onun sözlərinə görə, zirvə Görüşünün mühüm nəticələrindən biri olan Bakı Bəyannaməsi dövlətlərin suverenliyi, ərazi bütövlüyü, qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanan əməkdaşlığın əhəmiyyətini ön plana çıxarır:” Sənədin siyasi əhəmiyyəti həm də ondan ibarətdir ki, regional təhlükəsizliyin qarşılıqlı etimad, dialoq və ortaq məsuliyyət əsasında təmin edilə biləcəyi mesajını gücləndirir. Həmçinin üzv ölkələr arasında elm, təhsil, innovasiya və süni intellekt sahələrində əməkdaşlığa da xüsusi diqqət ayrılır.
Azərbaycanın AQEM-ə sədrliyi ölkəmizin beynəlxalq təşəbbüslərinin genişləndirilməsi baxımından yeni imkanlar yaradır. Xüsusilə nəqliyyat bağlantıları, iqtisadi əməkdaşlıq, təhlükəsizlik və humanitar əlaqələr sahəsində irəli sürülən təşəbbüslər Asiya dövlətləri arasında tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.
Azərbaycanın AQEM-ə sədrliyinin 2028-ci ilədək uzadılması isə üzv dövlətlərin ölkəmizə göstərdiyi etimadın mühüm ifadəsidir. Bu, Azərbaycanın beynəlxalq əməkdaşlıq gündəliyinin formalaşmasına töhfə verən tərəfdaş kimi mövqeyini möhkəmləndirir.
Azərbaycanın sədrliyi dövründə maliyyə əməkdaşlığı və qadınların liderliyi üzrə yeni mexanizmlərin yaradılması isə siyasi dialoqun praktiki təşəbbüslər əsasında inkişafına imkan verir”.
Müəllif: Günay Hacıyeva