Bu gün Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının Qaratəpə kənd ərazi partiya təşkilatında partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli çıxışının ideoloji-siyasi mahiyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü, suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov dövlət başçısı cənab İlham Əliyevin VIII Qurultaydakı nitqinin partiyanın gələcək fəaliyyət istiqamətlərini və dövlətimizin strateji inkişaf hədəflərini müəyyən edən fundamental yol xəritəsi olduğunu diqqətə çatdırmışdır. V.Rüstəmov Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfərdən sonra yaranmış yeni reallıqlar şəraitində partiya fəallarının üzərinə mühüm vəzifələrin düşdüyünü xüsusi vurğulamışdır.
Qaratəpə kənd ərazi partiya təşkilatının sədri Gülnar Hüseynova çıxışında ölkə rəhbərinin Qurultaydakı tapşırıq və tövsiyələrinin yerlərdə icrası istiqamətində ərazi təşkilatı tərəfindən görülən işlər barədə məlumat vermiş, fəalların bu istiqamətdə səylərini daha da artıracaqlarını bəyan etmişdir.
Daha sonra çıxış edən Milli Qəhrəman bacısı Nüşabə Əlizadə, partiya fəalları İlham Həsənov və Tahirə Kərimova Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı aparıcı rolundan bəhs edərək, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində dövlətimizin qüdrətləndiyini, milli həmrəyliyin yüksək səviyyəyə çatdığını vurğulamışlar. Natiqlər Ümummilli Lider Heydər Əliyevin ideologiyasına sadiqliklərini və ölkə rəhbərinin siyasi kursunu bundan sonra da yekdilliklə dəstəkləyəcəklərini bildiriblər.