PDF Oxu

Siyasət

  • 557

“Gələcək vətənpərvər və sağlam gənclərindir” - FOTOLAR

“Gələcək vətənpərvər və sağlam gənclərindir” - FOTOLAR

“Gənc Vətənpərvərlər“ İctimai Birliyi bu istiqamət də tədbirlərini davam etdirir

Azərbaycan Respublikasının Gənclər Fondun maliyyə dəstəyi ilə Gənc Vətənpərvərlər “İctimai Birliyi (GVİB) “Gələcək vətənpərvər və sağlam gənclərindir" adlı layihə çərçivəsində , növbəti tədbirini Azərbaycan Dövlət Pedoqoji Universtetin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabuncu korpusunda gerçəkləşdirib 22 oktyabr -da keçirilən tədbir Azərbaycan Respublikasının Gənclər Fondun maliyyə yardımı ilə baş tutub.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İctimai Birliyin bu tədbiri gənclər arasında Aprel və İkinci Qarabağ – Vətən Müharibəsi döyüşlərində iştirak edən qazi və şəhidlər haqqında məlumatlandırma, şəhid olmuş hərbçilərin, həmçinin qazi və qəhrəmanlarının və vətənpərvərlik hisslərinin gücləndirilməsinə yönəlmişdi.

Tədbiri giriş sözü ilə acan Azərbaycan Dövlət Pedaqoji Kollecin direktor müavini Nigar Şirəliyeva tədbir iştirakcıları salamladı və qeyd etdi ki, müstəqil Azərbaycanın inkişafı ilk növbədə gənc nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır.

Onu da qeyd edən Nigar Şirəliyeva bildirdi ki, ADPU-nun,onun filaları və tərkibindəki Pedoqoji Kollecin tələbə və məzunları olmuş ümumilikdə 42 nəfər Azərbaycanın ərazi bütövlüyü uğrunda fədakarlıqla döyüşmüş 3 nəfər Milli Qəhrəman,1 nəfəri”Zəfər”Ordeni ilə,4 nəfəri”Azərbaycan Bayrağı”Ordeni ilə təltif edilmiş,29 nəfəri(onlardan 7 nəfəri ADPU nəzrində ADPK-nin tələbə və məzunlarıdır Birinci Qarabağ müharibəsi şəhidi ,12 nəfərdir deyə direktor müavini vurğulayıb.

Layihənin rəhbəri ,İctimai xadim Müqamət Əliyev tədbir iştirakcılarını salamlayandan sonra layihənin mahiyyətindən və bu layihəyə qoşulan könülülərin fəailiyyətindən bacarığından söhbət acıb.

Sonra o,qeyd etdi ki, Gənclərin vətənpərvər ruhda böyümələrində, Qarabağı azad edən qəhrəman zabit və əsgərlərimizin üzərində müəllimlərin də böyük zəhməti var.

M.Əliyev xüsusi olaraq qeyd etdi ki, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində çox saylı könüllü tələbə gənclər düşmənə qarşı vuruşaraq qəhrəmanlıqlar göstərib.

Azərbaycan Pedoqoji Kollecin Mədəniyyət və turizm şöbəsinin müdiri İradə Babayeva qeyd etdi ki,Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarının ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir”

Layihə iştirakçıları əsasən gənclərdən ibarət olub. Tədbirin sonunda iştirakçılara, layihə çərçivəsində nəşr edilmiş üzərində Gənclər Fondunun və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş dəftərxana ləvazimatlarl ,təsvirli köynək ,Ulu öndər H.Əliyev və Respublika Prezidenti İlham Əliyevin fotosu əks olunmuş döş nişanı və sertifikatlar paylanılıb.

Tədbirdə,Azərbaycan Dövlət Pedaqoji Universitetin bir qrup tələbələri, Universitetin müvafiq struktur rəhbərləri , GVİB-n İdarə Heyəti və QHT –n nümayəndələri iştirak ediblər. Qeyd edək ki, layihə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.

Digər xəbərlər