PDF Oxu

Siyasət

  • 771

YAP-ın VIII Qurultayı - hədəflər, prioritetlər və perspektivlər - FOTOLAR

YAP-ın VIII Qurultayı - hədəflər, prioritetlər və perspektivlər - FOTOLAR

22 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Mərkəzi Xəstəxana” Ərazi Partiya Təşkilatında Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ilə bağlı müzakirələrin əhəmiyyətli istiqamətlərindən biri qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün konkret vəzifələrin müəyyənləşdirilməsidir. Dövlətin inkişaf strategiyasının səmərəli icrası müxtəlif qurumların əlaqələndirilmiş fəaliyyətini, ictimai təşəbbüslərin dəstəklənməsini və əldə olunan nəticələrin obyektiv qiymətləndirilməsini tələb edir.

Daha sonra çıxış edən natiqlər – “Mərkəzi Xəstəxana” Ərazi Partiya Təşkilatının sədri Səyyad Yusifov, Mərkəzi Xəstəxananın Poliklinika şöbəsinin müdiri Gülnar Abdullayeva və Mərkəzi Xəstəxananın keyfiyyətə nəzarət üzrə mütəxəssisi Murad Babakişizadə bildiriblər ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında İlham Əliyevin çıxışı ilə bağlı mövzular Azərbaycanın dövlətçilik ənənələri, milli maraqları, iqtisadi inkişaf prioritetləri, xarici siyasəti və qarşıda duran strateji vəzifələri ətrafında geniş müzakirə imkanları yaradır. Bu istiqamətlərin hər biri ölkənin gələcək inkişafının təmin olunması, cəmiyyətin ehtiyaclarının nəzərə alınması və müasir çağırışlara uyğun fəaliyyət mexanizmlərinin formalaşdırılması baxımından əhəmiyyətlidir.

Digər xəbərlər