" Məlikov küçəsi, 2A" ünvanında yerləşən ərazi partiya təşkilatında (Səhiyyə işçiləri) YAP-ın VIII qurultayının müddəalarına həsr olunmuş görüş keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himni səsləndirilib.
Görüşdə YAP Qusar rayon təşkilatının sədri Kamran Əmirov giriş sözü ilə çıxış edərək partiyanın VIII qurultayının siyasi əhəmiyyətindən, Prezident İlham Əliyevin qurultaydakı proqram xarakterli nitqindən və qarşıda duran vəzifələrdən danışıb. O, milli birliyin möhkəmləndirilməsinin, dövlətçilik prinsiplərinin qorunmasının və ideoloji işin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova çıxışında VIII qurultayda müəyyənləşdirilən hədəflər, ölkəmizin inkişaf strategiyası və partiyanın qarşısında duran yeni vəzifələr barədə ətraflı danışıb. O, qurultayda səsləndirilən müddəaların yerli səviyyədə həyata keçirilməsində Ərazi Partiya Təşkilatlarının rolunu qeyd edib, səhiyyə işçilərinin dövlətçilik dəyərlərinin və milli həmrəyliyin təbliğində fəal iştirakının vacibliyini diqqətə çatdırıb.
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov çıxışında səhiyyə işçilərinin cəmiyyət həyatındakı rolundan, səhiyyə sahəsində həyata keçirilən tədbirlərdən və partiya üzvlərinin üzərinə düşən məsuliyyətdən bəhs edib.
Tədbirdə partiya üzvləri Əjdər Ağacanov,Raif Həsənov və Qasım Qəribov da çıxış edərək qurultayın əhəmiyyəti və müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşüblər.
Görüşün ikinci hissəsində təşkilati məsələyə baxılıb. Keçirilən seçki nəticəsində İmran Qurbanov Səhiyyə işçiləri Ərazi Partiya Təşkilatının sədri, Aybəniz Əfəndiyeva isə sədr müavini seçiliblər.
Daha sonra Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib. Tədbirdə VIII qurultayda müəyyənləşdirilmiş vəzifələrin yerli səviyyədə həyata keçirilməsi, ƏPT-nin fəaliyyətinin gücləndirilməsi və partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılmasının vacibliyi vurğulanıb.