Bunu SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.Onun sözlərinə görə, hazırda qiymətlərdəki enişin müvəqqəti, yoxsa uzunmüddətli olacağını dəqiq demək mümkün deyil:ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini yüksək səviyyədə saxlayacağına dair gözləntilər qızılın ucuzlaşmasına təsir göstərir. Bununla yanaşı, geosiyasi gərginliklər, mərkəzi bankların qızıl alışları və dolların gələcək dinamikası qiymətlərin yenidən yüksəlməsinə səbəb ola bilər.Yaxın aylarda qızılın bahalaşması ehtimalı var, lakin buna zəmanət yoxdur. İstehlakçılar hazırkı qiymətləri alış fürsəti kimi dəyərləndirə bilərlər, amma bütün vəsaiti birdən qızıla yatırmaq risklidir. Zinət əşyası alarkən dünya bazarındakı qiymətlə yanaşı, əyarı, işçilik haqqını və mağazaların satış qiymətlərini də müqayisə etmək lazımdır.Qızılın gələcək qiymətinə təsir edən digər amillər arasında inflyasiyanın səviyyəsi, beynəlxalq maliyyə bazarlarındakı dəyişikliklər və investorların təhlükəsiz aktivlərə marağı da yer alır. İqtisadi qeyri-müəyyənlik artdıqda qızıla tələbat yüksələ, dolların möhkəmlənməsi və faizlərin yüksək qalması isə qiymətlərə təzyiq göstərə bilər. Buna görə də qızıl almağı planlaşdıranlar bazardakı dəyişiklikləri izləməli, alış məqsədlərini və maliyyə imkanlarını nəzərə almalıdırlar”.
Müəllif: Günay Hacıyeva