Əvvəlcə xalqımızın Ümummilli Lideri,Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-nın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Qobustan rayon təşkilatının sədr müavini Elməddin Hüseynov məruzə ilə çıxış edib.
Məruzə ətrafında çıxışlarda YAP-nın VIII Qurultayının nümayəndəsi, Vətən Müharibəsi Qəhrəmanı,Canlı Əfsanə Mirdamət Bağıyev öz təəssüratlarını bölüşərək,qarşıda duran vəzifələrdən danışıb.
Həmçinin tədbirdə partiya fəallarından Makif Əhmədov,İntiqam Mürsəlov,Elvin Bəhrəmov, Altay Əmirov və Sima Nuri çıxış etmişlər.