PDF Oxu

Siyasət

  • 702

YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə görüşlər davam edir

YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə görüşlər davam edir

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərə həsr olunmuş silsilə görüşlər davam edir.

Ramana qəsəbəsi, “Qara Qarayev küçəsi 14” (Sosial Xidmətlər Agentliyi Əlilliyi olan Şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzi), Bakıxanov qəsəbəsi, “O.Əfəndiyev küçəsi 110” (Andromed Tibb Mərkəzi) və Sabunçu qəsəbəsi, “Şəhər şossesi 80” (SOCAR Neft Kəmərləri İdarəsi Abşeron İstehsalat Bölümü) ünvanları üzrə ərazi partiya təşkilatlarında keçirilən görüşlərdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, rayon təşkilatı aparatının məsləhətçisi Altun İbrahimov qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin siyasi sabitliyinin, sosial-iqtisadi tərəqqisinin və möhtəşəm Zəfərlərinin ana sütunu olub. Ulu Öndərin zəngin dövlətçilik irsini uzaqgörənliklə davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Qazanılan bu tarixi qələbələr partiyamızın yürütdüyü ardıcıl siyasi kursun və sarsılmaz xalq-iqtidar birliyinin parlaq nümayişidir.

Çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın dövlətçilik tarixində əldə edilmiş nailiyyətlər, milli maraqların qorunması, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, hərbi potensialın artırılması və beynəlxalq mövqelərin gücləndirilməsi kimi məsələlər ön plana çəkilib. Qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu yeni siyasi şəraitdə keçirilməsi ilə də fərqlənib. Qeyd olunub ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün ardıcıl fəaliyyət göstərilməsi, yeni təşəbbüslərin təşviq edilməsi və kollektiv əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Digər xəbərlər