PDF Oxu

Siyasət

  • 777

“Qırmızıkənd kənd” və “Qaçaqkənd kənd” ərazi partiya təşkilatlarının üzvləri ilə iclas keçirilib

“Qırmızıkənd kənd” və “Qaçaqkənd kənd” ərazi partiya təşkilatlarının üzvləri ilə iclas keçirilib

Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələri və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı YAP Neftçala rayon təşkilatının “Qırmızıkənd kənd” və “Qaçaqkənd kənd” ərazi partiya təşkilatlarının üzvlərinin iştirakı ilə birgə iclas keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Neftçala rayon təşkilatının sədr müavini Cavad Mirzəyev iclası açaraq Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn vəzifələrin yerlərdə partiya üzvləri ilə müzakirəsinin əhəmiyyətini vurğulayıb.
YAP Neftçala rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Fərhad Baxışov çıxış edərək qurultayın siyasi əhəmiyyətindən, Prezident İlham Əliyevin nitqində ifadə olunan əsas müddəalardan və ərazi partiya təşkilatlarının qarşısında duran vəzifələrdən danışıb. Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının və dövlətçilik dəyərlərinin təbliğində ardıcıl maarifləndirici fəaliyyətin əhəmiyyətini vurğulayıb. Dövlət siyasətinin mahiyyətinin və ölkəmizin əldə etdiyi nailiyyətlərin vətəndaşlara aydın və dolğun çatdırılmasının, onların fikir və təkliflərinin dinlənilməsinin ideoloji işin səmərəliliyinə xidmət etdiyini bildirib.
VIII Qurultayın nümayəndəsi, “Neftçala-Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftalıyeva çıxış edərək qurultayla bağlı təəssüratlarını bölüşüb. Prezident İlham Əliyevin nitqində səsləndirilən əsas mesajlardan və partiya üzvlərinin üzərinə düşən məsuliyyətdən danışıb. Qurultayın nəticələrinin ictimaiyyətə dolğun çatdırılmasının, əhali ilə birbaşa ünsiyyətin və maarifləndirici işin davamlı aparılmasının əhəmiyyətini vurğulayıb.

Digər xəbərlər