PDF Oxu

Siyasət

  • 1 206

YAP Samux rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə tədbirlər davam edir

YAP Samux rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə tədbirlər davam edir

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələr mövzusunda YAP Samux rayon təşkilatının Mərkəzi Rayon Xəstəxanası üzrə ərazi partiya təşkilatında tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir zamanı çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin Qurultaydakı proqram xarakterli çıxışı partiyanın gələcək fəaliyyət prioritetlərini müəyyənləşdirməklə yanaşı, ölkəmizin dinamik inkişaf strategiyasına yeni təkan verib.
Gündüz Bayramov bildirib ki, partiya sıralarının keyfiyyət tərkibinin yaxşılaşdırılması, ideoloji işin dövrün tələblərinə uyğun olaraq daha da gücləndirilməsi və gənclərin ictimai-siyasi fəallığının artırılması hər bir ərazi partiya təşkilatının əsas vəzifələrindən biridir. Natiq vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev ideyalarına sadiqlik göstərərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmək, dövlətçiliyimizin möhkəmləndirilməsi və Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra yaranan yeni reallıqların təbliği istiqamətində məqsədyönlü fəaliyyətimizi fasiləsiz davam etdirməliyik.
Çıxış edən Qurultay nümayəndəsi İcra Hakimiyyəti üzrə ərazi partiya təşkilatının sədri Kəmalə Xəlilova bildirib ki, YAP-ın VIII Qurultayı partiyanın həyatında yeni bir inkişaf mərhələsinin əsasını qoymuşdur. Vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyamızın həyatında keyfiyyətcə tam yeni bir inkişaf mərhələsinin əsasını qoymuşdur. Bu tarixi qurultayda qəbul olunan qərarlar, müəyyənləşdirilən strateji hədəflər və partiyanın yeni Nizamnaməsi təşkilatımızın fəaliyyətinə xüsusi dinamizm bəxş etmişdir.
Ərazi partiya təşkilatlarının üzərinə düşən əsas vəzifə — bu yeni inkişaf mərhələsinin tələblərinə uyğun olaraq fəaliyyətimizi daha da gücləndirmək, partiya üzvlərinin, xüsusilə gənclərin və qadınların ölkənin ictimai-siyasi həyatında fəallığını artırmaqdır. Biz İcra Hakimiyyəti üzrə ərazi partiya təşkilatı olaraq, dövlətimizin yürütdüyü uğurlu daxili və xarici siyasəti geniş ictimaiyyətə çatdırmaq, cəmiyyətimizin həmrəyliyini daha da möhkəmləndirmək istiqamətində yorulmadan çalışırıq.
İnanırıq ki, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, yeni mərhələnin qarşıya qoyduğu bütün hədəflərə uğurla çatacaq və müstəqil Azərbaycanın daha da qüdrətlənməsinə öz layiqli töhfələrimizi verəcəyik.
Sonra ərazi partiya təşkilatının fəalları çıxış edərək Qurultay qərarlarından irəli gələn vəzifələrin icrası istiqamətində səylərini daha da artıracaqlarını və qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirəcəklərini bildiriblər.

Digər xəbərlər