PDF Oxu

Siyasət

  • 573

YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatlarında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatlarında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərə həsr olunmuş görüşlər davam edir.

Bakıxanov qəsəbəsi, “R.Qəmbərov küçəsi 2” (ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kolleci) və Bakıxanov qəsəbəsi, “M.Hacınski küçəsi 89” (213 nömrəli tam orta ümumtəhsil məktəbi) ünvanları üzrə ərazi partiya təşkilatlarında keçirilən görüşlər keçirilib. Görüşlərdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov qeyd edib ki, Prezident İlham Əliyevin VIII Qurultayda müəyyənləşdirdiyi strateji hədəflər Azərbaycanın gələcək inkişafının təmin edilməsi ilə yanaşı, Yeni Azərbaycan Partiyasının fəaliyyətinin daha da gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.Vurğulanıb ki, ölkəmizin qazandığı uğurların davam etdirilməsi, dövlətçilik ənənələrinin qorunması və qarşıya qoyulan məqsədlərin reallaşdırılması partiya üzvlərinin fəallığından, məsuliyyətindən və birgə fəaliyyətindən asılıdır.

Daha sonra VIII Qurultayda müəyyənləşdirilən prioritetlərin həyata keçirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin səmərəliliyinin artırılması və üzvlərin ictimai fəallığının gücləndirilməsi istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib. Qarşıya qoyulan hədəflərə çatmaq üçün ardıcıl fəaliyyət göstərilməsi, yeni təşəbbüslərin reallaşdırılması və kollektiv əməkdaşlığın gücləndirilməsi vacib şərtlərdəndir.

Digər xəbərlər