PDF Oxu

Siyasət

  • 575

YAP Laçın rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatında müşavirə keçirilib

YAP Laçın rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatında müşavirə keçirilib

YAP Laçın rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin çıxışından irəli gələn vəzifələrə dair müşavirə keçirilib.
Müşavirə Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Müşavirəni giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri Nicat Həsənov zəngin və şərəfli tarixə malik Yeni Azərbaycan Partiyasının ölkəmizin sürətli inkişafında, beynəlxalq nüfuzunun artmasında və əldə olunan bütün nailiyyətlərdə müstəsna rol oynadığını diqqətə çatdırmışdır. Partiyanın VIII Qurultayının respublikamızın ictimai-siyasi həyatında mühüm tarixi hadisə olduğunu vurğulayan N.Həsənov Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqətlə xidmət edən, Prezident İlham Əliyevin ətrafında sıx birləşən təhsil işçilərinin bundan sonra da qarşıya qoyulan strateji vəzifələrin icrasında fəal iştirak edəcəklərini bildirmişdir.
Çıxış edən YAP Laçın rayon təşkilatının sədr müavini Şamo Qasımov müasir Azərbaycanın öz gücünə, xalqın iradəsinə və möhkəm dövlətçilik ənənələrinə əsaslanaraq gələcəyə inamla irəlilədiyini qeyd etmişdir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni məzmunda və aktual hədəflərlə uğurla davam etdirildiyi diqqətə çatdırılmışdır. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası bu siyasi xəttin ən möhtəşəm nailiyyəti olmaqla yanaşı, dövlətçilik tarixində tamamilə yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. YAP-ın VIII Qurultayında Prezident, partiyamızın sədri cənab İlham Əliyevin çıxışında səsləndirilən tezislər bir daha təsdiq edir ki, qarşıda duran başlıca məqsədlər tarixi Zəfərlərin qorunması, dövlətin hərtərəfli qüdrətinin artırılması, iqtisadi inkişaf templərinin yüksəldilməsi, beynəlxalq mövqelərin daha da möhkəmləndirilməsi və əhalinin rifah halının yaxşılaşdırılmasıdır.
Müşavirədə çıxış edən YAP Laçın rayon təşkilatının 51 saylı ərazi partiya təşkilatının sədri, Laçın rayonu Mehman Səfərov adına Qozlu kənd tam orta ümumtəhsil məktəbinin direktoru, Filologiya üzrə fəlsəfə doktoru Aytac Abbasova hakim partiya olan Yeni Azərbaycan Partiyasının Ümummilli Lider Heydər Əliyevin etimadını layiqincə doğruldaraq dünənin, bu günün və gələcəyin partiyası olduğunu əməli fəaliyyəti ilə sübut etdiyini bildirmişdir. Onun sözlərinə görə, partiyanın qazandığı ən böyük nailiyyətlərdən biri cəmiyyətin sevgisini, etimadını və qəti inamını qazanmasıdır ki, bunun da təməlində söz ilə əməlin birliyi dayanır.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayının iştirakçısı, YAP Laçın rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədri, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Laçın rayonu üzrə nümayəndə, Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi Türkanə Nuruyeva dövlət başçısı cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqinin Azərbaycanın keçmişinə, bu gününə və gələcək perspektivlərinə hərtərəfli işıq salan fundamental strateji sənəd xarakteri daşıdığını vurğulamışdır.
Müşavirədə 35 saylı ərazi partiya təşkilatının sədri, Laçın rayonu 10 nömrəli tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Günel Süleymanova çıxışında qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının tarixi yolunu müstəqil Azərbaycanın dövlətçilik salnaməsindən və xalqımızın gələcəyə olan sarsılmaz inamından ayrı təsəvvür etmək qeyri-mümkündür. Vurğulanmışdır ki, ölkəmizin əldə etdiyi nailiyyətlərin qorunub saxlanılması və yeni zirvələrin fəth olunması prosesində milli həmrəylik, sağlam dövlətçilik təfəkkürü və gələcəyə inam əsas strateji amillər olaraq qalacaqdır.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilmişdir.

Digər xəbərlər