PDF Oxu

Siyasət

  • 507

YAP Naxçıvan şəhər təşkilatının bir sıra ƏPT-də YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı silsilə tədbirlər keçirilir

YAP Naxçıvan şəhər təşkilatının bir sıra ƏPT-də YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı silsilə tədbirlər keçirilir

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələr mövzusunda “Heydər Əliyev pr1” (Naxçıvan MR Mədəniyyət Nazirliyi), “Kazım Talıblı küçəsi 3A” (Naxçıvan MR İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi) və “Xətai məhəlləsi” (Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyi) ünvanında yerləşən ərazi partiya təşkilatında tədbirlər keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirlərdə çıxış edən natiqlər Prezident İlham Əliyevin qurultayda müəyyənləşdirdiyi vəzifələrdən bəhs edib. Diqqətə çatdırlıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən siyasi xətt Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarıb. Həyata keçirilən tədbirlər sırasında milli-mənəvi dəyərlərimizin qorunması, zəngin mədəni irsimizin gələcək nəsillərə çatdırılması və dünyada tanıdılması xüsusi yer tutur. Dövlət başçısının proqram xarakterli çıxışı gənclərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, onların yaradıcılıq potensialının üzə çıxarılması, istedadlı gənclərin dəstəklənməsi və milli ruhda tərbiyə olunması sahəsində də mühüm vəzifələr müəyyənləşdirib. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın tam bərpa olunmuş suverenliyi şəraitində dövlətçilik kursunun yeni istiqamətlərini müəyyənləşdirən mühüm tarixi hadisədir. Bildirlib ki, güclü ordu, ideoloji dayanıqlılıq, iqtisadi müstəqillik, Qarabağ və Şərqi Zəngəzurun bərpası vahid dövlətçilik strategiyasının əsas istiqamətləridir.

Tədbirdə YAP fəallarının ölkənin inkişafındakı rolu yüksək qiymətləndirilib və qarşıda duran vəzifələrin layiqincə yerinə yetiriləcəyinə əminlik ifadə olunub.

Digər xəbərlər