PDF Oxu

Siyasət

  • 585

“Bankə qəsəbə” və “1 saylı Mayak kənd” ərazi partiya təşkilatlarının üzvləri ilə iclas keçirilib

“Bankə qəsəbə” və “1 saylı Mayak kənd” ərazi partiya təşkilatlarının üzvləri ilə iclas keçirilib

Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələri və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı YAP Neftçala rayon təşkilatının “Bankə qəsəbə” və “1 saylı Mayak kənd” ərazi partiya təşkilatlarının üzvlərinin iştirakı ilə birgə iclas keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev çıxış edərək VIII Qurultayın siyasi əhəmiyyətindən, Prezident İlham Əliyevin nitqində ifadə olunan əsas müddəalardan və qarşıda duran vəzifələrdən danışıb. Ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin, üzvlərin ictimai-siyasi fəallığının artırılmasının və yerli təşəbbüslərin dəstəklənməsinin vacibliyini vurğulayıb. O, əhali ilə davamlı ünsiyyətin, vətəndaşların fikir və təkliflərinə diqqətin, partiya üzvlərinin ictimai həyatda fəal iştirakının təşkilatın fəaliyyətində mühüm yer tutduğunu qeyd edib.
YAP Neftçala rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Fərhad Baxışov çıxış edərək qurultayın nəticələrinin təbliği və yerlərdə maarifləndirici fəaliyyətin təşkili məsələlərinə toxunub. Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının və dövlətçilik dəyərlərinin təbliğində partiya üzvlərinin rolundan bəhs edib. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi fəaliyyət istiqamətlərinin əhaliyə aydın və dolğun çatdırılmasının, ideoloji işin yerli şərait və vətəndaşların maraqları nəzərə alınmaqla qurulmasının əhəmiyyətini diqqətə çatdırıb.
Partiya fəalı Mikayıl Rzayev çıxış edərək qurultayın nəticələrinin partiya üzvləri ilə müzakirəsinin qarşıda duran vəzifələrin daha dərindən öyrənilməsinə xidmət etdiyini bildirib. Ərazi partiya təşkilatlarının fəaliyyətində üzvlərin təşəbbüskarlığının, qarşılıqlı əlaqələrin və birgə işin vacibliyini vurğulayıb. Qurultaydan irəli gələn vəzifələrin həyata keçirilməsində fəal iştirak etməyə hazır olduqlarını qeyd edib.

Digər xəbərlər