PDF Oxu

Siyasət

  • 497

Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi ərazi partiya təşkilatında tədbir keçirilib

Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi ərazi partiya təşkilatında tədbir keçirilib

YAP Salyan rayon təşkilatının Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı növbəti tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev VIII Qurultayın Azərbaycanın suverenliyinin tam bərpasından sonra yeni tarixi şəraitdə qarşıya qoyulan hədəflərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib. O bildirib ki, Prezident İlham Əliyevin çıxışında dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması, iqtisadi potensialın artırılması və ölkənin gələcək inkişafının təmin olunması kimi məsələlər xüsusi yer tutur. Vurğulanıb ki, bu vəzifələrin həyata keçirilməsi hər bir sahədə çalışan insanların öz fəaliyyətinə məsuliyyətlə yanaşmasını, ümumi məqsədlər naminə səylərini birləşdirməsini tələb edir.
Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Elşad Quliyev çıxışında qurultayda müəyyənləşdirilən inkişaf istiqamətlərinin ölkənin müxtəlif sahələrində çalışan kollektivlər qarşısında da yeni vəzifələr qoyduğunu bildirib. O, meliorasiya və su təsərrüfatı infrastrukturunun dayanıqlı fəaliyyətinin təmin edilməsinin kənd təsərrüfatının inkişafı, torpaq ehtiyatlarından səmərəli istifadə və regionların sosial-iqtisadi tərəqqisi baxımından əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edib ki, bu sahədə işlərin ardıcıl təşkili, mövcud imkanlardan düzgün istifadə və peşəkar yanaşma dövlətin inkişaf hədəflərinə töhfə verən əsas amillərdəndir.
Tədbirdə çıxış edən idarənin baş mühəndisi, ərazi partiya təşkilatının sədri Qurban Rzayev, baş mexanik Emin Nəcəfov, texnik, şəhid atası Əvəz İsmayılov, mühəndis-meliorator Daşqın Cəbiyev və başqaları qurultayda səsləndirilən fikirlərin dövlətçilik məsuliyyəti, milli həmrəylik və vətənə xidmət baxımından əhəmiyyətini vurğulayıblar. Çıxışlarda ölkənin əldə etdiyi nailiyyətlərin qorunması, əmək intizamının gücləndirilməsi, kollektivdə məsuliyyətli iş mühitinin formalaşdırılması və gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının artırılması məsələlərinə toxunulub. Bildirilib ki, hər bir vətəndaşın öz sahəsində vicdanla çalışması dövlətin ümumi inkişafına və qarşıya qoyulan məqsədlərin reallaşmasına xidmət edir.
Sonda qurultaydan irəli gələn vəzifələrin mahiyyəti ətrafında fikir mübadiləsi aparılıb, dövlətçilik prinsiplərinin təşviqi və partiya fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.

Digər xəbərlər