PDF Oxu

Siyasət

  • 515

“Mərkəzi Xəstəxana” ərazi partiya təşkilatında VIII Qurultayın nəticələri müzakirə olunub

“Mərkəzi Xəstəxana” ərazi partiya təşkilatında VIII Qurultayın nəticələri müzakirə olunub

Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələri və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı YAP Neftçala rayon təşkilatının “Mərkəzi Xəstəxana” ərazi partiya təşkilatında partiya üzvlərinin iştirakı ilə iclas keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev çıxış edərək VIII Qurultayın siyasi əhəmiyyətindən, Prezident İlham Əliyevin nitqində ifadə olunan əsas müddəalardan və qarşıda duran vəzifələrdən danışıb. Ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılmasının və təşkilati işin səmərəli qurulmasının vacibliyini vurğulayıb. Səhiyyə sahəsində çalışan partiya üzvlərinin öz peşə fəaliyyətləri ilə yanaşı, ictimai məsuliyyət nümayiş etdirmələrinin, vətəndaşlarla münasibətlərdə diqqət və həssaslıq göstərmələrinin əhəmiyyətini qeyd edib.
YAP Neftçala rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Fərhad Baxışov çıxış edərək VIII Qurultayın nəticələrinin təbliği, dövlətçilik dəyərlərinin təşviqi və ideoloji-maarifləndirmə işinin təşkili məsələlərinə toxunub. Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının və milli-mənəvi dəyərlərin təbliğində partiya üzvlərinin rolundan bəhs edib. Səhiyyə müəssisələrində çalışan partiya üzvlərinin kollektivdə sağlam ictimai mühitin formalaşdırılmasına, əhali ilə ünsiyyətin gücləndirilməsinə və dövlət siyasətinin əsas istiqamətlərinin izahına töhfə vermələrinin vacibliyini diqqətə çatdırıb.
VIII Qurultayın nümayəndəsi, Neftçala Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru, “Mərkəzi Xəstəxana” ərazi partiya təşkilatının sədri Elman Quliyev çıxış edərək qurultayın nəticələrinin ərazi partiya təşkilatının fəaliyyəti baxımından əhəmiyyətindən danışıb. Səhiyyə işçilərinin üzərinə düşən vəzifələrə, əhalinin sağlamlığının qorunması istiqamətində məsuliyyətli fəaliyyətin vacibliyinə toxunub. Partiya üzvlərinin kollektivdə və ictimai həyatda fəal iştirakının, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.

Digər xəbərlər