29 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı tərəfindən “Şərq qəsəbə” və “Bahar qəsəbə” Ərazi partiya təşkilatlarında partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Şərq qəsəbə” Ərazi partiya təşkilatında keçirilən tədbirdə YAP Beyləqan rayon təşkilatının sədr müavini, Qurultay nümayəndəsi Niyaməddin Əsgərov çıxış edərək qeyd edib ki, Qurultayda verilən mesajlar göstərir ki, Azərbaycanın yeni inkişaf mərhələsində yalnız əldə edilmiş nəticələrin qorunması deyil, eyni zamanda qarşıya yeni hədəflərin qoyulması əsas məqsədlərdən biridir. Güclü dövlət, dayanıqlı iqtisadiyyat, yüksək sosial rifah, müasir ordu, milli həmrəylik və fəal xarici siyasət Azərbaycanın gələcək inkişafının əsas dayaqlarıdır.
VIII Qurultay həm də Yeni Azərbaycan Partiyasının Ulu Öndər Heydər Əliyev siyasi irsinə bağlılığının və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə dəstəyinin növbəti ifadəsi kimi qiymətləndirilə bilər. Qurultayda səsləndirilən fikirlər Azərbaycanın keçdiyi tarixi yolun, əldə etdiyi böyük Zəfərin və qarşıdakı inkişaf perspektivlərinin vahid siyasi xətt çərçivəsində nəzərdən keçirildiyini göstərdi.
Tədbirdə “Şərq qəsəbə” Ərazi partiya təşkilatının sədri İnqilab Məmmədov, Partiya üzvləri: Əsgər Cavadov və Elyas İmanov çıxış edərək bildirdilər ki, bu qurultay bir daha göstərdi ki, Azərbaycanın qarşısında duran əsas məqsəd əldə edilmiş tarixi nailiyyətləri qorumaqla kifayətlənməmək, onları yeni uğurlar üçün möhkəm dayağa çevirməkdir. Güclü dövlətçilik ənənələrinin davam etdirilməsi, milli maraqların qorunması, iqtisadi inkişafın sürətləndirilməsi, sosial rifahın yüksəldilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi qarşıdakı mərhələnin başlıca hədəfləri kimi müəyyənləşir.
“Bahar qəsəbə” Ərazi partiya təşkilatında keçirilən tədbirdə YAP Beyləqan rayon təşkilatının Aparatının məsləhətçisi Nahid Hacıyev, mühasib Qalib Kərəmov, “Bahar qəsəbə” Ərazi partiya təşkilatının sədri Telman Məmmədov və Bahar qəsəbə tam orta ümumtəhsil məktəbinin Nəcibə Tahirova çıxış edərək bildirdilər ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın siyasi tarixində yeni səhifənin başlanğıcı kimi xarakterizə oluna bilər. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün reallıqlarına uyğun şəkildə davam etdirilməsi ölkəmizin qarşısında yeni inkişaf perspektivləri açır. Qurultayda səsləndirilən mesajlar isə Azərbaycanın bundan sonrakı mərhələdə də milli maraqlara əsaslanan müstəqil siyasətini inamla davam etdirəcəyinin mühüm göstəricisidir.