PDF Oxu

Siyasət

  • 584

“Qarşıdurma əvəzinə dialoq” - ŞƏRH

“Qarşıdurma əvəzinə dialoq” - ŞƏRH

Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müzakirə olunan mövzular və öz aktuallığı ilə seçilir. Forumda 100-dən çox ölkənin nümayəndələri bir araya gəlib. Əsas müzakirə mövzusu mədəniyyətlərarası anlaşmanın gücləndirilməsi və qlobal problemlərin həlli istiqamətində birgə səylərin göstərilməsidir.

Forumunda Prezident İlham Əliyev çıxış edib və bir sıra məsələlərə toxunub. Qeyd edib ki, Azərbaycanın tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin dinc yanaşı yaşadığı məkan olması bu təşəbbüsün əhəmiyyətini daha da artırır. Ölkəmizin əsas yanaşması qarşıdurma əvəzinə dialoqun, ayrı-seçkilik əvəzinə qarşılıqlı hörmətin, divarların deyil, körpülərin qurulmasının təşviq edilməsidir: “Biz Avropa ilə Asiya arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular”.

Dövlət başçısı multukultural dəyərlərdən danışıb: “Azərbaycan cəmiyyəti, multikulturalizm üzrə, divarların yox körpülərin qurulması üzrə dövlət siyasəti, həqiqətən də bu mühüm hadisələrə gətirib çıxardı. Bu ay biz AQEM Zirvə Görüşünə ev sahibliyi etdik. Bu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədir. Bu təşkilat demək olar ki, 30 ölkəni birləşdirir və bizim AQEM-də sədrliyimiz yekdilliklə daha iki il uzadılmışdır. Ötən il Azərbaycan Mərkəzi Asiya Məşvərət Formatının tamhüquqlu üzvü kimi dəvət olunmuşdur. Bu format Mərkəzi Asiya ölkələrini birləşdirir. Azərbaycan coğrafi cəhətdən Mərkəzi Asiyada deyil, Qafqazda yerləşir, lakin bizim müxtəlif aspektlər üzrə rolumuzun tanınmasının və eyni zamanda, bizə göstərilən hörmətin əlaməti olaraq biz buraya dəvət olunduq. Beləliklə, təkcə bütün bu faktlar həqiqətən bizim oynadığımız rolu və bizdə olan beynəlxalq potensialı nümayiş etdirir”.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı

Digər xəbərlər