PDF Oxu

Siyasət

  • 635

“Dəmir yumruq” milli birliyin və gücün rəmzidir - ŞƏRH

“Dəmir yumruq” milli birliyin və gücün rəmzidir - ŞƏRH

Azərbaycanın müasir tarixinin ən qürurverici və parlaq səhifələrindən olan 8 Noyabr-Zəfər Gününü qeyd edirik. Bu tarix 30 illik işğal dövrünün reallıqlarını, həmçinin 44 günlük Vətən müharibəsində yaşananları özündə ehtiva edir. Azərbaycan xalqı 30 il bu günü səbirsizliklə gözlədi. Xalqımız əmin idi ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində Azərbaycanı zirvələrə ucaldan Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaqlar. Təbii ki, hər bir uğurun arxasında böyük səylər, qətiyyət dayanır. Bu gün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar 30 ildən sonra Zəfər Gününü qeyd etməyimizdən qürurludur, qalib ölkənin vətəndaşı olmaqları ilə fəxr edirlər. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əlyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı daha da qüdrətləndirdi, beynəlxalq nüfuzunu artırdı, imzalar arasında imzasının olmasına nail oldu, Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdırıldı.

30 il Azərbaycan dünya güclərinin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qaldı. Lakin bu yanaşma heç də ölkəmizi ruhdan salmadı, əksinə real faktlara, tarixi ədalətə söykənən təbliğatını uğurla davam etdirdi, bütün sahələrdə gücləndi, ədalətin zəfər çalacağına əminliyini ifadə etdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapdı. Təbii ki, bu, Azərbaycanın böyük diplomatik uğuru idi. Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər, böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibə baş verməzdi. Ermənistan özündə belə inam yaradırdı ki, torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.

Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdə qanunsuz mövcudluğu regionda sülh və təhlükəsizlik üçün əsas təhdiddir və hər zaman vəziyyətin gərginləşməsinə səbəb ola bilər. Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın bu əmrini gözləyirdi. 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Vətən müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” əməliyyatının ilk saatlarından cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. Hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günün hər günündə xalqa müraciətlərini xatırlasaq cəbhədən xoş xəbərlərin gəldiyini görürük. Bu, ordumuzun qələbə əzmini daha da artırırdı. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək ərazi bütövlüyümüzü bərpa etdi.

“Dəmir yumruq” gücümüzlə yanaşı, milli birliyin və gücün rəmzidir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir. Ölkə Prezidenti İlham Əliyev düşmənin başı üstündə tutduğu yumruğunu xalqımızın birlik və güc simvoluna çevirdi. Bu birlik sayəsində qazandığımız Qələbə milli varlığımızı, kimliyimizi, milli ruhumuzu yaşadır, əbədi edir. “Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər” söyləyən Prezident İlham Əliyev onu da qeyd edir ki, mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.

44 günlük İkinci Qarabağ müharibəsindəki Zəfər, bir günlük antiterror əməliyyatı, ərazilərimizin işğalçılardan azad olunması, separatçı rejimin çökməsi, bütün bunlar azərbaycanlıları “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı da edir ki, “Dəmir yumruq” hər zaman yerində olacaq.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədr müavini

Digər xəbərlər