PDF Oxu

Siyasət

  • 582

Yasamal rayonunda Zəfərin 6-cı ildönümünə həsr olunmuş 3x3 basketbol yarışı keçirilib - FOTO

Yasamal rayonunda Zəfərin 6-cı ildönümünə həsr olunmuş 3x3 basketbol yarışı keçirilib - FOTO

03-04 noyabr 2026-cı il tarixlərində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində, “Bakı-2026 – Dünya İdman Paytaxtı” tədbirlər proqramına uyğun olaraq, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 6-cı ildönümünə həsr olunmuş 3x3 basketbol yarışı keçirilib.

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə keçirilən yarış 308 nömrəli tam orta ümumtəhsil məktəbində baş tutub.

İki gün ərzində davam edən yarış iştirakçılar arasında sağlam rəqabət, yüksək dinamika və komanda həmrəyliyi ilə yadda qalıb. Yarış iştirakçıları müxtəlif mərhələlərdə fiziki hazırlıqlarını, fərdi bacarıqlarını, çevikliklərini və kollektiv fəaliyyətə uyğunlaşma qabiliyyətlərini ortaya qoyaraq əzmkarlıq nümayiş etdiriblər.

Tədbirin əsas hədəfi gənclər arasında idmana marağı artırmaq, sağlam həyat tərzinin təbliğini genişləndirmək, fiziki fəallığı təşviq etməklə yanaşı, onların milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər ruhda formalaşmasına dəstək olmaqdır.

Yarışın yekununda qalib komandanın üzvlərinə müvafiq diplom və medallar təqdim olunub. Yarış iştirakçıların xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.

Digər xəbərlər