PDF Oxu

Siyasət

  • 1 100

44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və milli iradəsinin təntənəsidir

44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və milli iradəsinin təntənəsidir

2020-ci ilin sentyabr–noyabr aylarında 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın, rəşadətli Ordumuzun və dövlətimizin sarsılmaz birliyi nəticəsində qazanılmışdır. Bu Qələbə Azərbaycanın müasir tarixində yeni bir mərhələnin başlanğıcı olmaqla yanaşı, xalqımızın milli qürurunu, vətənpərvərlik ruhunu və dövlətçilik əzmini bütün dünyaya nümayiş etdirdi.Azərbaycan xalqı uzun illər ərzində torpaqlarımızın işğaldan azad olunacağına, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə böyük inam bəsləyirdi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurdlarından didərgin düşmüş yüz minlərlə soydaşımızın qayıdış arzusu, şəhidlərimizin qanı ilə yazılmış tariximiz və xalqımızın ədalətə olan inamı bu mübarizənin əsas mənəvi dayaqlarından idi. Azərbaycan dövləti bütün bu illər ərzində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq münaqişənin sülh yolu ilə həllinə çalışmış, eyni zamanda ölkənin müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadi, siyasi və hərbi sahələrdə mühüm nailiyyətlər əldə etmiş, güclü ordu formalaşdırmışdır. Ölkəmizin müdafiə potensialının möhkəmləndirilməsi, müasir silah və texnologiyaların əldə edilməsi, hərbi qulluqçuların peşəkarlığının artırılması Vətən müharibəsində qazanılan uğurların mühüm amillərindən olmuşdur.2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlamışdır. Beləliklə, 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın hərb tarixinə şanlı səhifə kimi yazılmışdır. Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri və bir sıra digər yaşayış məntəqələri işğaldan azad edilmişdir. Hər bir azad edilmiş kənd və şəhər xalqımızda böyük sevinc, qürur və qələbə əzmi yaratmışdır.Vətən müharibəsinin ən mühüm hadisələrindən biri noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi olmuşdur. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın azadlığı hərbi baxımdan xüsusi əhəmiyyət daşımaqla yanaşı, xalqımızın tarixi-mənəvi yaddaşında da müstəsna yer tutur. Şuşanın azad edilməsi Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının, əsgər və zabitlərimizin fədakarlığının, cəsarətinin və peşəkarlığının parlaq nümunəsinə çevrilmişdir.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırılmış, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilmişdir. Beləliklə, Vətən müharibəsində əldə olunan nəticələr ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində tarixi əhəmiyyət daşımışdır.
Bu Zəfərin əldə olunmasında Azərbaycan xalqının həmrəyliyi xüsusi rol oynamışdır. Müharibənin ilk günlərindən başlayaraq ölkənin bütün bölgələrində yaşayan insanlar vahid amal ətrafında birləşmiş, əsgər və zabitlərimizə mənəvi dəstək göstərmiş, arxa cəbhədə böyük birlik nümayiş etdirmişlər. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da Vətən müharibəsi dövründə milli həmrəylik nümayiş etdirərək Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasına töhfə vermişlə.

Əlvan Rəcəbov,

YAP Lerik təşkilatının əməkdaşı

Digər xəbərlər