PDF Oxu

Siyasət

  • 736

Müstəqil Azərbaycanın Konstitusiyası – dövlətçiliyimizin hüquqi təməli, milli iradəmizin təntənəsi - ŞƏRH

Müstəqil Azərbaycanın Konstitusiyası – dövlətçiliyimizin hüquqi təməli, milli iradəmizin təntənəsi - ŞƏRH

Azərbaycan xalqının dövlətçilik tarixində mühüm və əlamətdar hadisələrdən biri müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsidir. Bu tarixi sənəd ölkəmizin suverenliyinin, müstəqilliyinin, hüquqi dövlət quruculuğunun və demokratik inkişafının möhkəm hüquqi əsaslarını formalaşdırmışdır. Konstitusiyanın qəbul edilməsi Azərbaycan dövlətinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə yanaşı, xalqımızın azadlıq və müstəqillik arzularının hüquqi müstəvidə təcəssümünə çevrilmişdir.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan qarşısında yeni dövlətçilik sisteminin qurulması, demokratik institutların formalaşdırılması və müasir hüquqi bazanın yaradılması kimi mühüm vəzifələr dayanırdı. Mövcud ictimai-siyasi şərait müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanmasını zəruri edirdi. Lakin həmin dövrdə ölkədə hökm sürən siyasi qeyri-sabitlik, idarəetmə böhranı və digər çətinliklər bu prosesin həyata keçirilməsini mürəkkəbləşdirirdi.1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunmasını, ölkədə sabitliyin bərqərar edilməsini və hüquqi dövlət quruculuğunun təmin olunmasını əsas prioritetlərdən biri kimi müəyyənləşdirdi. Məhz Ulu Öndərin uzaqgörən siyasəti və qətiyyətli rəhbərliyi nəticəsində ölkədə yeni siyasi-hüquqi sistemin formalaşdırılması istiqamətində mühüm addımlar atıldı.Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın yeni Konstitusiya layihəsini hazırlamaq məqsədilə xüsusi komissiya yaradıldı. Layihənin hazırlanması zamanı xalqımızın dövlətçilik ənənələri, milli-mənəvi dəyərləri, beynəlxalq hüququn prinsipləri və demokratik cəmiyyətin tələbləri əsas götürüldü. Hazırlanan layihə ümumxalq müzakirəsinə çıxarıldı və vətəndaşların təklifləri nəzərə alınaraq təkmilləşdirildi.1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Bu hadisə ölkəmizin siyasi və hüquqi tarixində yeni mərhələnin başlanğıcı oldu. Konstitusiya Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, xalq hakimiyyətini, insan və vətəndaş hüquq və azadlıqlarını təsbit edən ali hüquqi sənəd kimi dövlətçilik tariximizdə özünəməxsus yer tutdu.

Əlvan Rəcəbov,

YAP Lerik rayon təşkilatının əməkdaşı

Digər xəbərlər