PDF Oxu

Siyasət

  • 271

8 noyabr – Zəfər Günü münasibəti ilə ağacəkmə aksiyası keçirilib

8 noyabr – Zəfər Günü münasibəti ilə ağacəkmə aksiyası keçirilib

Nəsimi rayonunda 8 noyabr - Zəfər Günü münasibəti ilə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

Aksiya zamanı rayonun 28 May küçəsi, Moskva və Vaqif prospektlərində yerləşən park və yaşıllıq zolaqlarında, həmçinin Zəfər bağında ağacəkmə aksiyası keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının rəhbərliyi, Nəsimi rayon İcra Hakimiyyətinin və rayonun idarə, müəssisə və təşkilatlarının məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib. Aksiya zamanı 400-dən artıq müxtəlif növ həmişəyaşıl ağaclar və dekorativ kollar əkilib, mövcud ağaclara isə aqrotexniki qulluq göstərilib.

Digər xəbərlər