PDF Oxu

Siyasət

  • 1 125

"Hərbi yolla həlledici nəticənin əldə olunmaması münaqişənin siyasi-diplomatik həllini zəruri edir" - ŞƏRH

"Hərbi yolla həlledici nəticənin əldə olunmaması münaqişənin siyasi-diplomatik həllini zəruri edir" - ŞƏRH

"Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında keçirilən görüşdə, xüsusilə humanitar sahədə müəyyən razılaşmaların əldə olunduğu bildirilir. Lakin ümumi mənzərəyə nəzər saldıqda, tərəflər arasında ciddi fikir ayrılıqlarının hələ də qaldığını görürük".Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.Onun sözlərinə görə, əsas mübahisə mövzularından biri Donbasın gələcək statusu və ərazi məsələsidir:"Ukrayna Donbasın inzibati ərazilərinin Rusiyanın nəzarətinə verilməsi ilə razılaşmır. Rusiya isə Kiyevə bu istiqamətdə təzyiq göstərərək Donbasdan geri çəkilməsini tələb edir. Xüsusilə hərbi və ərazi məsələlərində tərəflərin mövqeləri arasında ciddi ziddiyyətlər mövcuddur.Bununla belə, Əbu-Dabi görüşünü diplomatik baxımdan müsbət qiymətləndirmək olar. Hesab edirəm ki, bu danışıqlar gələcək təmaslar və mümkün razılaşmalar üçün müəyyən zəmin yaradıb. Tərəflərin danışıqlar masasına qayıtması diplomatik prosesin davam etdirilməsi baxımından əhəmiyyətlidir.Ancaq danışıqların yaxın zamanda müsbət nəticələnəcəyini, yekun qərarın veriləcəyini və atəşkəsin əldə olunacağını söyləmək hələ tezdir. Proses kifayət qədər mürəkkəbdir və danışıqların yenidən dalana dirənməsi ehtimalı da istisna deyil.Digər tərəfdən, cəbhə xəttində ciddi dəyişiklik yoxdur. Nə Rusiya, nə də Ukrayna həlledici üstünlük əldə edə bilir. Döyüş əməliyyatları, qarşılıqlı raket və dron zərbələri davam edir. Bu mənzərə onu göstərir ki, hər iki tərəf hələ də hərbi imkanlarını qoruyur və qarşı tərəfə təzyiq göstərmək gücündədir.Məhz buna görə də tərəflər diplomatik danışıqlara üstünlük vermək məcburiyyətində qalırlar. Çünki hərbi yolla həlledici nəticənin əldə olunmaması münaqişənin siyasi-diplomatik həllini zəruri edir. Hesab edirəm ki, müəyyən mərhələdə tərəflər kompromisə getməli və ortaq məxrəcə gəlməlidirlər. Lakin bunun nə zaman baş verəcəyini indidən proqnozlaşdırmaq çətindir".

Müəllif: Arzu Qurbanlı

Digər xəbərlər