PDF Oxu

Siyasət

  • 350

“Partiya Veteranları”

“Partiya Veteranları”

12 noyabr 2026-cı il tarixdə YAP Masallı rayon təşkilatı aparatında Yeni Azərbaycan Partiyasının yaranmasının 34 illiyi ilə əlaqədar “Veteranlarımız” layihəsi çərçivəsində “Partiya veteranları” mövzusunda görüş keçirilmişdir. Görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri müavini Səfalı Paşayev açmış, Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Səfalı Paşayev çıxışı zamanı Ümummilli Lider Heydər Əliyevin həyat yoluna diqqət yetirərək, görkəmli dövlət xadiminin həm sovet dönəmində, həm də müstəqillik dövründə ölkəmizə rəhbərlik fəaliyyəti barədə geniş söz açıb və onun müasir Azərbaycan tarixindəki müstəsna xidmətlərindən bəhs edib. O, həmçinin Yeni Azərbaycan Partiyasının yarandığı mürəkkəb tarixi şəraitdən danışaraq, partiyanın qısa müddətdə ümumxalq partiyasına çevrilməsində partiya veteranlarının fədakar əməyini və sadiqliyini xüsusi qeyd edib. Bildirilib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır və bu inkişafda veteranların zəngin təcrübəsi gənc nəsil üçün əsl örnəkdir. Görüşdə iştirak edən Ərkivan qəsəbə ərazi partiya təşkilatının sədri, partiya veteranı Əfrail Fərziyev məruzə ilə çıxış edərək Yeni Azərbaycan Partiyasının təsis olunduğu 1990-cı illərin mürəkkəb ictimai-siyasi şəraitini xatırladıb. O, Ümummilli Lider Heydər Əliyevin ətrafında sıx birləşməyin o dövrdə ölkəmiz üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb və partiyanın rayonda təşkilatlanması prosesi ilə bağlı xatirələrini bölüşüb.

Məruzəçi həmçinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə
əldə olunan tarixi nailiyyətlərdən qürur duyduğunu ifadə edib, partiya veteranlarına
göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirib. Sonra partiya veteranlarından Hikmət Xəlilov, İsrafil Əliyev, Natavan Cəbiyeva, Nazilə Hüseynova, Asudə Məmmədova və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki aparıcı rolundan və ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətindən bəhs ediblər.

Digər xəbərlər