PDF Oxu

Siyasət

  • 285

Şəhidlərin əziz xatirələri böyük ehtiramla yad edildi - FOTOLAR

Şəhidlərin əziz xatirələri böyük ehtiramla yad edildi - FOTOLAR

14.11.2026-cı il tarixdə 44 günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy rayonunun Poladlı kənd sakini Paşayev Firdovsi Afiq oğlunun doğum günü və Gədəbəy şəhər sakini Həsənov Novruz Cumalı oğlunun ildönümü münasibətilə YAP Gədəbəy rayon təşkilatının əməkdaşları, Gədəbəy rayon İHB-nın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin əməkdaşları, Gədəbəy Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs nümayəndəsi, ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin Qazax-Tovuz RF-nın əməkdaşı, Gədəbəy şəhər Cümə məscidinin imamı və camaatın iştirakı ilə məzarları ziyarət olundu, ruhlarına dualar oxundu, əziz xatirələri böyük ehtiramla yad edildi.

Şəhid valideynləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdilər.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!

Digər xəbərlər