PDF Oxu

Siyasət

  • 140

Nəticəsiz danışıqlar, baş tutmayan sövdələşmələr müharibə riskini artırır - ŞƏRH

Nəticəsiz danışıqlar, baş tutmayan sövdələşmələr müharibə riskini artırır - ŞƏRH

Uzunmüddətli qarşıdurmalar, müharibələr dünyanı barıt çəlləyinə çevirib. İstər Rusiya ilə Ukrayna, istərsə İranla ABŞ arasında gedən müharibənin nə zaman başa çatacağını proqnozlaşdırmaq çətindir. Vahiməli proseslər onu deməyə əsas verir ki, 3-cü dunya müharibəsinin ayaq səsləri eşidilir. Beynəlxalq hüquqa etinasızlıq, BMT-nin gücsüz, dişsiz quruma çevrilməsi real vəziyyətin xeyli ağırlığından xəbər verir.

İran prezidenti Məsud Pezeşkian Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə görüşündə bildirib: “İran problemlərin diplomatik yolla həlli istiqamətində danışıqlar apardığı vaxt hücuma məruz qalıb. İran heç vaxt nüvə silahı əldə etməyə çalışmayıb və hazırda da belə niyyəti yoxdur. Müharibə heç kimin xeyrinə deyil”.

Göründüyü kimi, cənab Pezeşkian problemin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Görünən odur ki, ümumxalq səsverməsi yolu ilə prezident seçilmiş bu şəxsin məsuliyyəti var, amma səlahiyyəti yoxdur. Söz, səlahiyyət sahibləri isə generallardır. Ona görə də, İran ABŞ qarşıdurmasının diplomatik yolla başa çatacağı real deyil.

ABŞ-dakı aralıq seçkisində ciddi itkilər verən Respublikaçılar Partiyasının uğursuzluğunu Donald Trampın İranla bağlı nəticəsiz müharibəsilə bağlayanlar var. Bu uğursuzluğu aradan qaldırmaq istəyən Trampın İrana total hücum əmri verəcəyi ehtimal olunur.

Aparılan danışıqların nəticəsi olmayanda, ən əsası Trampın istədiyi sövdələşmə baş tutmayanda İrana total hücum əmrinin veriləcəyi mümkündür. Ən müasir silahlarla İran ərazisinə hücum, regionda yenidən qanlı döyüşlərin davam etməsi Azərbaycan üçün müəyyən risklər yaradır. O baxımdan biz bütün proseslərə hazır olmalıyıq.

Əkrəm Bəydəmirli

Digər xəbərlər