Müzəffər Ali Baş Komandan İldırım kimi çaxan iradəsi, rəşadətli Azərbaycan Ordusunun sarsılmaz cəsarəti və xalqımızın dəmir yumruq kimi birliyi sayəsində 30 illik işğala son qoyuldu. Bu Zəfər yürüşünün ən mühüm geosiyasi və mənəvi nəticələrindən biri hərbi siyasi yolla, tək bir güllə atılmadan azad edilən Ağdam rayonu oldu. Noyabrın 20 də Ağdamın azad olunması ilə tarixi ədalət bərpa edildi, regionda yeni bir era başlandı.Lakin Ağdam azad edilərkən dünya dəhşətli bir mənzərə ilə qarşılaşdı. İşğal dövründə tamamilə dağıdılmış, daşı daş üstündə qalmamış, bütün infrastrukturu, mədəni-tarixi abidələri yerlə-yeksan edilmiş şəhər Qafqazın Xirosiması adlandırıldı. Bu dağıntılar nə qədər ağır olsa da, Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədi. Bu gün Ağdamda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, həmçinin Şanlı Zəfərin əbədiləşdirilməsi istiqamətində atılan addımlar həm tarixi yaddaşın qorunmasına, həm də gələcəyə inamla addımlamağa xidmət edir.Ağdamda Zəfərin əbədiləşdirilməsi konsepsiyasının mərkəzində tarixi yaddaşın həm acı, həm də qürur verici tərəflərini gələcək nəsillərə ötürmək dayanır. Bu məqsədlə şəhərdə Zəfər Muzeyi və açıq hava altında İşğal Muzeyi Kompleksinin təməli qoyulmuşdur.Vətən Müharibəsinin gedişatını, ordumuzun qəhrəmanlığını, azadlıq mübarizəsinin mərhələlərini və qazanılan tarixi qələbəni əks etdirən müasir ekspozisiya zalından ibarət olacaq. Muzeydə rəşadətli əsgər və zabitlərimizin şəxsi əşyaları, döyüş xəritələri, hərbi texnika nümunələri və zəfər salnaməsini təcəssüm etdirən eksponatlar nümayiş etdiriləcək.Erməni vandalizminin, şəhərin məruz qaldığı urbisid və ekosidin canlı şahidi kimi saxlanılan dağıntı ərazilərini əhatə edir. Bu muzey erməni faşizminin və işğalının dəhşətlərini dünyaya nümayiş etdirən açıq bir dərs zəngi rolunu oynayacaq.Həmçinin işğal illərində təhqirə məruz kalmış, lakin binasının strukturu nisbətən qorunub saxlanılmış Cümə məscidi Heydər Əliyev Fondu tərəfindən yüksək peşəkarlıqla bərpa olundu. Məscidin minarələrindən yenidən azan sesinin ucalması Zəfərimizin mənəvi zirvəsidir.Qarabağ xanlığının banisi Pənahəli xanın sarayı, xanlıq dövrünə aid türbələr və məşhur Qarabağ atlarının saxlandığı İmarət stadionu kompleksi bərpa edilərək tarixi mədəni park zonasına çevrilir. Bu, Ağdamın köklü Azərbaycan torpağı olduğunu bir daha təsbit edən mühüm mənəvi abidədir.Şəhərin Baş Planına uyğun olaraq Ağdamın mərkəzində geniş Zəfər Parkı salınır. Park şəhər sakinləri və qonaqlar üçün istirahət məkanı olmaqla yanaşı, memorial xarakter daşıyır. Burada Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinə ucaldılacaq abidələr, zəfər aliyəsini təcəssüm etdirən kompozisiyalar yer alacaq.Zəfərin ən böyük əbədiləşdirilməsi Ağdamın yenidən dirçəldilməsi, onun müasir, Ağıllı şəhər konsepsiyası əsasında qurulmasıdır. Ağdamın baş planı sürətli və konseptual şəkildə həyata keçirilir. Yaşayış komplekslərinin, məktəblərin, xəstəxanaların tikintisi Ağdamı yenidən həyat dolu bir mərkəzə çevirir.Ağdam Sənaye Parkının yaradılması regionun iqtisadi mərkəzə çevrilməsinə və zəfərin iqtisadi qüdrətlə möhkəmləndirilməsinə xidmət edir.Ağdamda Şanlı Zəfərimizin əbədiləşdirilməsi sadəcə keçmişə ehtiram deyil, gələcəyə yazılan bir bəyanatdır. Bu bəyanat göstərir ki, Azərbaycan xalqı öz torpağına sahib çıxmağı, onu qorumağı və dağıdılmış viranəliklərdən möhtəşəm bir gələcək qurmağı bacaran qüdrətli bir xalqdır. Ağdam Zəfər Muzeyi, bərpa edilən məscidləri, tarixi abidələri və müasir çəhrəsi ilə Qələbəmizin sarsılmaz rəmzi kimi əbədi yaşayacaqdır.
İsmayıl Ağayarov
YAP Şərur rayon təşkilatının fəal üzvü