Beyləqan rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 34 illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbir başlamazdan əvvəl müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Beyləqan rayonunda ucaldılmış abidəsi ziyarət olunaraq Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edildi.
Daha sonra tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi.
Ardınca YAP-ın yaradılmasının 34 illiyinə həsr edilmiş videoçarx nümayiş olundu.
Tədbirdə Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov çıxış edərək bildirdi ki, Ölkəmizin ictimai - siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən Ulu Öndərimiz Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasının yaradılmasının 34 illiyi çox mühüm bir ərəfədə Zəfər günümüzün altıncı ilinin sevincini yaşadığımız dövrdə qeyd edirik. Məhz bu baxımdan da, bu gün Azərbaycanın son illərdə qazandığı böyük naliyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin sədr olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyət ilə bilavasitə bağlıdır.
İcazə verin Sizi və Sizin timsalınızda bütün Azərbaycan xalqını Yeni Azərbaycan Partiyasının yaradılmasının 34 illiyi münasibətilə ürəkdən təbrik edim və ən xoş arzularımı çatdırım.
Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması və təşəkkül tapması milli tariximizdə görkəmli yer tutan Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır.
Yeni Azərbaycan Partiyasının 34 illik tarixi Azərbaycanın dövlət müstəqilliyinin inkişafı tarixidir. 21 noyabr 1992-ci il müasir Azərbaycan tarixinə yazılan unudulmaz tarixi bir gündür. Həmin gün yenicə dövlət müstəqilliyini qazanmış və böyük faciələrlə üzləşmiş Azərbaycan Respublikasının məhv olmaqdan xilasının əsası qoyulub.
Tarixin nadir şəxsiyyətlərindən biri olan dahi rəhbər Heydər Əliyevin müdrik, alternativi olmayan siyasəti bu gün də yaşayır və onun elmi təməllərə söykənən inkişaf strategiyası Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yaradıcılıqla və uğurla davam etdirilir.
Ümummilli Lider Heydər Əliyev ideyalarının qurucusu və davamçısı Prezident İlham Əliyevin sayəsində Azərbaycan regionun lider dövlətinə, dünyanın sabit və sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Bu uğurların əsasında xalqa xidmət etmək məharəti dayanır. Azərbaycan vətəndaşları dərindən inanır ki, bundan sonrada uzun illər Azərbaycanın uğurları Yeni Azərbaycan Partiyasının uğurları ilə bağlı olacaqdır. Bunu deməyə əsas verən vətəndaşların Prezident İlham Əliyevə dərin inamıdır.
Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etmiş qalib dövlətdir. Xalqımız illərlə arzuladığı tarixi ədalətə, torpaqlarımızın azadlığına və dövlətimizin tam suverenliyinə qovuşub. 2020-ci ildə haqq yürüşünə çıxdığımız Vətən müharibəsində qazanılan şanlı Zəfər milli qürurumuzun, sarsılmaz dövlət-xalq birliyimizin təntənəsidir.
2026-cı ilin oktyabr ayının 2-də keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxış edən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tarixi zəfərin əhəmiyyətini bu sözlərlə xüsusi vurğuladı: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. 8 Noyabr bizim əbədi bayramımız olacaq. Eyni əhəmiyyəti 20 Sentyabr da daşıyır. Çünki məhz 2023-cü il sentyabrın 20-də Azərbaycan separatizmə son qoydu, işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi”.
Bu gün qarşımızda duran əsas vəzifələr dövlətimizin təhlükəsizliyini daha da möhkəmləndirmək, hərbi gücümüzü artırmaq, iqtisadi müstəqilliyimizi qorumaq, insan kapitalını inkişaf etdirmək və Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirməkdir.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək qeyd etdi ki, bu gün 34 il şərəfli yol keçən qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası öz sıralarında 760 mindən artıq insanı birləşdirir. Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəsti xətti, rolu vardır. Yeni Azərbaycan Partiyası 34 il şərəfli yol keçərək monolitliyini qorudu, gücləndi, öz üstünlüyü, parlaq qələbəsi ilə heç bir seçkidə rəqib tanımadı. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyasının qazandığı qələbə bir daha ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamının ifadəsidir. Məhz bu gün sevinirik ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır, qalib gəlir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən bu amallar sədaqətlə, cəsarətlə daha müvəffəqiyyətlə həyata keçirilir. Necə ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının xilaskarı Ulu Öndərimiz Heydər Əliyev demişdir: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. ”
Sonra çıxış edənlər: Beyləqan rayon Ağsaqqallar şurasının sədri Etibar İmanov, Partiya Veteranı Azər Əliyev və Beyləqan rayon Namiq Allahverdiyev adına şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Gülbəniz Cəfərova qeyd etdilər ki, tarixin nadir şəxsiyyətlərindən biri olan dahi rəhbər Heydər Əliyevin müdrik, alternativi olmayan siyasəti bu gün də yaşayır və onun elmi təməllərə söykənən inkişaf strategiyası Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yaradıcılıqla və uğurla davam etdirilir. Ümummilli Lider Heydər Əliyev ideyalarının qurucusu və davamçısı Prezident İlham Əliyevin sayəsində Azərbaycan regionun lider dövlətinə , dünyanın sabit və sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Bu uğurların əsasında xalqa xidmət etmək məharəti dayanır. Azərbaycan vətəndaşları dərindən inanır ki, bundan sonrada uzun illər Azərbaycanın uğurları Yeni Azərbaycan Partiyasının uğurları ilə bağlı olacaqdır. Bunu deməyə əsas verən vətəndaşların Prezident İlham Əliyevə dərin inamıdır.
Tədbirdə YAP Beyləqan rayon təşkilatının veteran partiya üzvlərinə “Fəxri Fərman”, YAP sıralarına yeni qəbul edilmiş gənclərə isə üzvlük vəsiqələri təqdim olundu.
Daha sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirildi.