PDF Oxu

Siyasət

  • 437

Cəmiyyətdə korrupsiyaya qarşı barışmaz mühitin formalaşdırılması - FOTO

Cəmiyyətdə korrupsiyaya qarşı barışmaz mühitin formalaşdırılması - FOTO

​Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində Lerikdə birgə tədbir təşkil olunub.
​Tədbir Yeni Azərbaycan Partiyası (YAP) Lerik Rayon Təşkilatı, Lerik Rayon Mədəniyyət Mərkəzi və Lerik Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.
​Görüşün əsas məqsədi dövlət və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması, hesabatlılığın təmin edilməsi və cəmiyyətdə korrupsiyaya qarşı barışmaz mühitin formalaşdırılması istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsi olub.
​Tədbirdə çıxış edənlər Milli Fəaliyyət Planından irəli gələn vəzifələr, korrupsiya hüquqpozmalarının qarşısının alınması mexanizmləri, vətəndaş məmnunluğunun yüksəldilməsi və ictimai nəzarətin əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Eyni zamanda, bu istiqamətdə qurumlararası əməkdaşlığın və davamlı profilaktik tədbirlərin vacibliyi xüsusi vurğulanıb.
​Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

Tural Əliyev,

Lerik rayonunun Dəstər kənd məktəbinin müəllimi

Digər xəbərlər