Siyasət

  • 3 147

Azərbaycan velosipedçisi üçüncü olub

image

Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Kayseri” yarışı başa çatıb. İki mərhələdən ibarət velotur yığma komandamızın üzvü Elçin Əsədovun ümumi təsnifatda 3-cü yeri tutması ilə yadda qalıb.SİA-nın məlumatına görə, Bəhreynin “VIB Sports” kontinental komandasının heyətində mübarizə aparan idmançımız 132 kilometrdən ibarət birinci mərhələdə finiş xəttini 11-ci, 147 kilometrlik ikinci yarış günündə isə 3-cü keçib. Bu nəticə Elçin Əsədova ümumi təsnifatda Kayseri Turunu 3-cü pillədə başa vurmağa imkan verib. Həm mərhələ, həm də ümumi təsnifat üçüncülüyü ölkəmizin aktivinə "Tokio 2020" Yay Olimpiya Oyunlarına daha 26 xal (1+25) əlavə olunması ilə nəticələnib.Sentyabrın 27-29-da Elçin Əsədov “VİB Sports”un, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mahmud Məmmədov və Mikayıl Səfərli dördlüyü isə baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında yığma komandamızın heyətində Türkiyənin Konya şəhərində keçiriləcək 2.2 kateqoriyalı “Tour of Mevlana” yarışında iştirak edəcək. Üç mərhələdən ibarət bu yarış da Tokio Olimpiadasına lisenziya xalları verir.Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu il oktyabrın 22-dək davam edəcək.

sia.az

Digər xəbərlər