Siyasət

  • 4 260

"Ulu Öndər Azərbaycanın inkişafı naminə misilsiz addımlar atıb" RƏY- ÖZƏL

image

“Hazırki Azərbaycanın qurucusu, memarı Ulu öndər Heydər Əliyevdir. Bu gün Azərbaycan hansı səviyyəsdədirsə, bütün bunların hamısı əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin uğurlu nəticələridir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirib.Deputatın sözlərinə görə, tanrı tərəfindən tarixin müxtəlif dövrlərində hər bir millətə, xalqa elə dahi insanlar göndərilib ki, onların köməkliyi ilə o millət, xalq özünün inkişafını, azadlığını tapır, nüfuzunu, hörmətini qazanıb: “XX əsirdə də Tanrı Ulu Öndər Heydər Əliyevi Azərbaycan xalqına xilaskar, azadlıq mücahidi kimi göndərdi”.O bildirib ki, Ulu Öndər dövlətçi olmaqla yanaşı, həm də yaradıcı insan idi: “Ulu Öndərin 1990-cı illərin əvvəllərində xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı, 1993-cü ilin oktyabrın 3-də prezident seçilməsi Azərbaycanda qardaş qırğınının, vətəndaş müharibəsinin dövlətin parçalanmasının qarşısını aldı. Azərbaycan həmin dövrdə parçalanma təhlükəsi ilə üz-üzə idi. Azərbaycan başsız vəziyyətdə olmaqla yanaşı, kriminal aləmin qanunları ilə idarə olunurdu. 1990-cı illərin əvvəllərində rəsmi hökumət qurumları olsa da, dövlət və hökumət bir neçə qruplaşmalar tərəfindən idarə olunurdu. Hərc-mərclik, ordumuzun olmaması Azərbaycan torpaqlarının itirilməsinə gətirib çıxardı ki, nəticə 20 faiz torpaqlarımız Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu”.Deputat söyləyib ki, nə qədər ki Azərbaycan var, Ulu Öndər daim yaşayacaq: “Ümummilli lider Azərbaycan, müsəlman dünyası, türk xalqları tarixində əbədiyaşar tarixi şəxsiyyət, görkəmli dövlət xadimi, Azərbaycan xalqının əbədi lideridir: “Əgər Ulu Öndər hakimiyyətə qayıtmasa, 1993-cü ildə prezident seçilməsə idi o zaman indiki Azərbaycandan söhbət gedə bilməzdi. Ulu Öndər Azərbaycanı baş verənlərdən xilas etməklə, ölkəmizin qısa zamanda inkişafı naminə mühüm addımlar atdı. Hansı ki, həmin inkişaf bu gün də xalqımıza xidmət edir. Əsası Ümummilli lider tərəfindən qoyulan siyasət hazırda Prezident İlham Əliyev tərəfindən daha geniş şəkildə həyata keçirilir”.

sia.az

Digər xəbərlər