Eldəniz Səlimov: TANAP Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrin ən önəmlilərindən biridir

“Azərbaycan tarixi günlərinin birinidə yaşadı. 2015-ci ildə əsası qoyulan TANAP Avropa sərhədinə çatdı. Bu layihə 7 ölkəni birləşdirir”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, TANAP enerji təhlükəsizliyi layihəsidir. Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasındakı strateji əməkdaşlıq onu göstərir ki, bu iki ölkə gələcəyə inamla birgə addımlayacaqlar. Bu layihələrin həyata keçirilməsi ölkəmiz üçün böyük iqtisadi inkişafı daha da sürətləndirir. TANAP Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrin ən önəmlilərindən biridir.
“Biz bu gün Asiya ilə Avropanı TANAP vasitəsilə birləşdirdik. Dünyaya bir daha Türkiyə-Azərbaycan arasında köklü dostluğun mövcudluğunu sübut etdik. Tarixdə liderlərin rolu danılmazdır. Ölkəmiz möhtərəm Prezidentimiz İlham Əliyevin sayəsində sürətli inkişafa nail oldu, iqtisadi gücünü artırdı, bu da siyasi gücümüzü, beynəlxalq nüfuzumuzu artırır. Eyni zamanda, qardaş ölkəyə Azərbaycan tərəfindən sərmayə qoyuluşu ildən-ilə artmaqda davam edir. Bu layihələrin həyata keçirilməsi nəticəsində ölkəmiz xeyli gəlir əldə etməklə ölkəmizin inkişafını davamlı edəcək, insanların rifah halının yaxşılaşmasına xidmət edəcək”-deyə, deputat qeyd edib.

yap.org.az