Siyasət

  • 7 401

32 saylı Suraxanı Üçüncü seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd Afət Həsənovanın seçiciləri ilə növbəti görüşü keçirildi

image

32 saylı Suraxanı Üçüncü seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd Afət Həsənova 18 yanvar 2020-ci il tarixdə İmamzadə məscidində Bülbülə qəsəbəsinin xanımları ilə görüşüb. Azərbaycan qadınının dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etdiyini vurğulayan Afət Həsənova xalqımızın təfəkküründə ana məfhumunun doğma yurdun, Vətən torpağının təcəssümü olduğunu bildirdi.Görüşün İmamzadə məscidində keçirilməsi təşəbbüsünün dini dəyərlərə olan inam və sevgidən irəli gəldiyini bildirən A.Həsənova qadınlarla səmimi söhbət aparıb, onları narahat edən bəzi problemlərin həlli istiqamətində müzakirələr etdi.Xanımlar hər zaman onlara diqqət və qayğıyla yanaşan, qadın hərəkatında fəal iştirak edən, səmimiliyi, təvazökarlığı ilə seçilən Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərdə 32 saylı Suraxanı Üçüncü seçki dairəsindən deputatlığa namizəd Afət Həsənovanı 9 fevral Milli Məclisə seçkilərdə yekdilliklə dəstəkləyəcəklərini bildiriblər.

yap.org.az

Digər xəbərlər