Deputatlığa namizəd Kamran Bayramovun seçicilərlə görüşləri davam edir

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizəd Kamran Bayramovun seçicilərlə görüşləri uğurla davam edir.

Deputatlığa namizəd seçkiqabağı təşviqat çərçivəsində Şəmkirin Təzəkənd və Könüllü kəndlərinə gələrək, seçiciləri ilə görüşüb. Təşviqatını aparan namizəd Kamran Bayramov seçiciləri ilə xeyli söhbət edib, problemləri dinləyib.
Görüş zamanı seçicilər deputatlığa namizədə dəstəyini ifadə ediblər, bu seçkidən böyük gözləntilərinin olduğunu bildiriblər. K.Bayramov, kəndlərin küçələrini gəzib, qapıları döyüb, kəndin həyatı ilə maraqlanıb, möhkəm və birmənalı dəstək alıb.
Kamran Bayramov Təzəkənd və Könüllü kəndində ziyalılarla da görüşüb, evlərində qonaq olub, çay süfrəsi arxasında xeyli maraqlı söhbətlər edib, kənddən xoş təəssüratlarla ayrılıb.
Sonda seçicilər Kamran Bayramova səs verəcəklərini xüsusi qeyd ediblər.

yap.org.az