Siyasət

  • 6 921

"Ədalətli və şəffaf seçkilər keçirildi" TÜRK PA-nın baş katibi

image

Fevralın 9-da parlamentə keçirilən seçkilərlə əlaqədar TÜRKPA müşahidə missiyası mətbuat konfransı keçirib. SİA-nın verdiyi məlumata görə, TÜRK PA-nın baş katibi Altunbey Mamayusupov parlament seçkilərini heç bir qanun poozuntusu olmadan keçiruldiyi bildirib: "Bu bizim Azərbaycanda 5-ci seçki müşahidəmizdir. Seçkilərdən 2 gün əvvəl Azərbaycana gəldik və seçkiyə hazırlığı müşahidə etdik. Proses tam demokratik keçirildi".Misiyanın rəhbəri İsmət Uçma seçki məntəqələrində müşahidələr apardıqlarını bildirərək məntəqələrdə siyasi fəallığ müşahidə olunduğunu əlavə edib. O qeyd edib ki, namizədlər üçün əlverişli şərait yaradılmışdı: "Bu da ədalətli və şəffaf seçkilərin keçirildiyi təsdiqləyir. Məntəqələrdə seçicilər heç bir təsirə məruz qalmadan azad şəkildə seçimlərini edirdilər".Misiyanın rəhbəri qeyd edib ki, MSK məcburi köçkünlərində öz seçim hüquqların istifadə etməsi üçün şərait yaradıldığını bildirib: "Texniki tərəfdən və insan amili nöqteyi-nəzərindən müşahidələr apardığımız seçki məntəqələrində səsvermə prosesində hər hansı pozuntular görmədik. İnsanların məntəqələrə sevinc hissi ilə səs verməyə, sanki bayrama gəlmələrini görmək çox həyəcanlandırıcıdır.Səfər zamanı Xarici işlər nazirinin müavini Ramiz Həsənov və MSK sədri Məzahir Pənahovla görüşdük. Görüş zamanı seçkiyə hazırlıqla maraqlandıq. Azərbaycanda seçkilər Konstitusiyaya uyğun həyata keçirilir. Namizədlərə kompaniya aparmaq və seçicilərlə görüş üçün bütün şərait yaradılıb. Namizədlərin qeydiyyata alınması, təbliğat-təşviqat kompaniyasının aparılması üçün hər şərait yaradılıb. Təssüf ki, Azərbaycanın 20 faiz torpaqları işğal altındadır. 573 məntəqəsi məcburi köçkünlərin səs verməsi üçün yaradılıb".Altunbey Mamayusupov qeyd edib ki, müşahidələrin nəticəsi olaraq qərar gəlirik ki, seçki tam şəffaf şəraitdə keçib, seçki prosesi tam normal təşkil olunub: "Namizədlərin müşahidəçilərinə lazımı şərait yaradılıb. Azərbaycan Parlament seçkilərini tam demokratik keçirdi. Müşahidələrimizdən bu qənaətə gəldik. Yeni parlament Azərbaycan xalqı üçün xeyirli olsun".

sia.az

Digər xəbərlər