PDF Oxu

İdman

  • 635

Arda Turan Türkiyə millisini çalışdırmaqdan imtina etdi

image

Hazırda Ukrayna "Şaxtyor"unun baş məşqçisi olan Arda Turan Türkiyə millisini çalışdırmaq perspektivləri barədə danışıb. SİA "Haber Global"a istinadən xəbər verir ki, gənc mütəxəssis milli komamdanı çalışdırmaq istəmədiyini bəyan edib. SİTAT: "Uzun müddətdən sonra adım ətrafında insanların həmrəy olduğunu görmək həyəcanvericidir. Bu etimada və diqqətə görə sonsuz təşəkkür edirəm. Lakin bəlkə də gənc baş məşqçi kimi daha çox meydanda qalmalı, gənc yaşımda özümü daha da təkmilləşdirərək ölkəmin bayrağının dalğalanmadığı yerlərdə fəaliyyətimi daha yaxşı davam etdirməliyəm.

Milli komanda ilə adımın hallanması böyük qürurdur. Müharibə davam edərkən "Şaxtyor"u yarı yolda qoymayacağam".

Mətləb

Digər xəbərlər