Siyasət

  • 5 499

"İtaliya sıradan bir Avropanın dövləti deyil" ÖZƏL-MÜNASİBƏT

image

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin İtaliyaya rəsmi səfərinin çox böyük əhəmiyyəti var idi. Hətta deyərdim ki, bu səfər çox dəyərli idi". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.Deputatın sözlərinə görə, ümumiyyətlə İtaliya sıradan bir Avropanın dövləti deyil: "İtaliya Avropanın ən qədim tanınan, özünəməxsus çəkisi olan bir dövlətidir, böyük yeddiliyin üzvü olan dövlətlərdən biridir. İtaliya ilə Azərbaycan arasında uzun müddətdir ki, əlaqələr mövcuddur. Azərbaycanda xeyli sayda İtaliya şirkətləri var və fəaliyyət göstərirlər. Hesab edirəm ki, səfər çərçivəsində müxtəlif sahələrdə çoxsaylı sənədlərin imzalanması – nəqliyyat, iqtisadiyyat, logistika və s. bütün istiqamətlərdə olan görüşlər, keçirilən tədbirlər, biznes forumları hamısı bizim gələcəkdə daha geniş imkanlarımızdan, əməkdaşlığımızdan xəbər verir. Bu hər iki dövlətin inkişafı üçün vacibdir. Eyni zamanda Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın oynadığı rol və s. çox vacib və mühüm məsələlərdir. Mən bu səfəri çox yüksək dəyərləndirirəm. Bu səfər zamanı olan qəbullar, görüşlər, imzalanan sənədlər bizim üçün mühüm önəmə malikdir".

sia.az

Digər xəbərlər