"Azərbaycanla Türkiyə arasında hərbi mütəffiqliyin olması arzuolunandır" RƏY-ÖZƏL

“Dost, qardaş, strateji müttəfiq olan Azərbaycan və Türkiyə bütün sahələr üzrə sıx əməkdaşlığa malikdir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri və imzalanan sənədlər iki ölkə arasında münasibətlərin hansı səviyyədə olduğunu bir daha göstərmiş oldu”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.O bildirib ki, Azərbaycanla Türkiyə arasında hərbi mütəffiqliyin olması da arzuolunandır: “Hesab edirəm ki, Türkiyə-Gürcüstan-Azərbaycan arasında hərbi müttəfiqlik təhlükəsizlik təminatı baxımından çox vacibdir”.Hər iki ölkə arasında dövlətlərarası münasibətlərin müsbət istiqamətdə davam etdiyini deyən deputat söyləyib ki, Azərbaycn və Türkiyə təkcə ölkə daxilində deyil, eləcə də beynəlxalq arenlarda bir-birinin mövqeyini dəstəkləyir: “Türkiyənin işğalçı Ermənistanla sərhədləri bağlı saxlaması, diplomatik müstəvidə beynəlxalq aləmdə daima Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi, Azərbaycanın da eynilə Türkiyəyə qardaşlıq münasibətində etibarlı müttəfiq olması bu iki ölkəni bölgədə və dünya siyasətində söz sahibi etmişdir. Bu da onu göstərir ki, ölkələrimiz bir çox beynəlxalq məsələlərdə söz sahibidir və birlikdə çox güclüdürlər”.

sia.az