“Əli Kərimli fəaliyyəti qarşılığında xaricdən maliyyə yardımları alır” RƏY-ÖZƏL

"Əli Kərimli və Cəmil Həsənli cəmiyyət üçün arzuolunmaz şəxslər olduqlarından, ictimaiyyət onları siyasətçi olaraq qəbul etmirlər". Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçıları" Birliyinin sədri Təhmasib Novruzov deyib. Onun sözlərinə görə, sosial şəbəkələrdə müxaliflərin bir-birindən səviyyəsiz, şər böhtanla dolu çıxışlarını görəndə adamın əti ürpəşir: "Heç bir şübhə yoxdur ki, bütün bunların hamısı Azərbaycanı sevməyən qüvvələr tərəfindən maliyyələşmiş insanlardır ki, bu şəxsləri xüsusi əllərlə hazırlanmış və tapşırıqlar verilib. Bu gün Azərbaycanın dünyada analoqu olmayan sürətli inkişafını görməmək ən azı kor olmaq deməkdir. Qərəzli yol tutan həmin şəxslər isə bu reallığı görməməzlikdən gələrək səviyyəsiz çıxışlar etməklə özlərini daha da gözdən salırlar. Xalq onların nə olduğunu, kim olduğunu özlərindən yaxşı bilir. Demək olar ki, onlar belə hərəkətlər etməklə qarşılığında boş qalan ciblərini doldurmağa ümid bəsləyirlər. Haram xoşları olsun".T.Novruzov onu da bildirdi ki, heç şübhə yoxdur ki, Ə.Kərimli və C.Həsənli təxribat xarakterli fəaliyyətləri qarşılığında xaricdən maliyyə yardımları alırlar: "Demək olar ki, bu müxalifətçilərin bütün danışıqlarında Azərbaycanı mənafeləri zidd məkr dayanır. Çünki milli mənafeyi olmayan, milli qüruru olmayan insanlardan bundan başqa heç nə gözləmək olmaz. Bu şəxslərə ciblərini doldurmaq lazımdır. Birmənalı şəkildə demək olar ki, müxalifət düşərgəsini təmsil edən şəxslər bu gün ölkəmizdə gedən inkişafı gözləri götürmür və bu inkişafa kölgə salmaq üçün də əllərindən gələni edirlər. Hər zaman olduğu kimi, bu dəfə də müxalifətin ölkəmizlə bağlı məkrli planları həyata keçməyəcəkdir. Çünki müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Demək olar ki, onlar xalqın gözündən tamamilə düşüblər".

sia.az