Siyasət

  • 16 877

"İşğalçı ermənilər xalqımıza aid olan hər şeyi tarixdən silib" ÖZƏL-MÜNASİBƏT

image

“İkinci Dünya Müharibəsi illərində bir sıra erməni xadimləri və ayrı-ayrı qrupların faşist Almaniyasının kəşfiyyatı ilə əlaqərinin olmasına dair çoxlu sayda rəsmi arxiv sənədləri var. Njde və Dro haqqında sovet xüsusi xidmət orqanlarının hazırladığı məlumatlar bunu təsdiq edir”. Bunu SİA-ya millət vəkili Musa Qasımlı deyib.Onun sözlərinə görə, bu şəxslər və digərləri təkcə 1914-1920-ci illərdə türkləri kütləvi şəkildə öldürməyiblər, eyni zamanda müharibə illərində rusları, digər slavyan xalqlarını da öldürməyə dair çağırışlar ediblər və onun həyata keçirilməsində iştirak ediblər: “Yəhudilərə qarşı Holokostda törədilən qətliamlarda ermənilərin də əli var. Erməni qruplarının əli Baltikyanı xalqların, gürcülərin və digərlərinin də qanına batıb. Bu gün Ermənistanda neonasizmin dövlət siyasəti olması, Njdeyə abidə qoyulması, adına küçə verilməsi əbəs deyil.Paşinyan da həmin qanın və ideologiyanın daşıyıcısıdır. Erməni faşizmi alman faşizmindən daha dəhşətlidir. Hitler Almaniyası işğal etdiyi ərazilərdə əhalini qovmurdu, qədim tarix və mədəniyyət abidələrini dağıtmırdı, işğalçı ermənilər isə Azərbaycan ərazilərində və Azərbaycan xalqının tarixi torpağı olan indiki Ermənistanda xalqımıza aid olan hər şeyi şey tarixdən silib, qəbiristanlıqları dağıdıb”.

sia.az

Digər xəbərlər