PDF Oxu

Siyasət

  • 12 289

"4 milyona yaxın əhali tədbirlərinə ciddi riayət etdi" ÖZƏL - AÇIQLAMA

image

"Hansısa günün nəticələrini təxminən 10 və ya 14 gün sonra daha dəqiq biləcəyik. Həmin günün nəticələrində ciddi azalma müşahidə edəcəyik". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü olan deputatı Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, koronavirus kimi bir pandemiya ilk dəfədir ki, bütün yer kürəsini ağır vəziyyətə qoyub: "Bu vəziyyətdən çıxışı hər bir ölkə özü müstəqil şəkildə axtarır. Azərbaycanın atdığı addımlar yaranmış situasiyaya uyğundur. Ağır nəticələrə gətirib çıxartmayıb. Sərhədlərin bağlanması, eyni zamanda bir çox məhdudiyyətlərin qoyulması pandemiyanın geniş vüsət almasının qarşısını alıb. Son tədbirlərdən biri də şənbə və bazar günü pandemiyanın geniş yayıldığı bir sıra şəhərlərdə əhalinin evdən çölə çıxması qadağa edildi. Hesab edirəm ki, ümumən insanlarımız bu məsələyə çox məsuliyyətlə yanaşdılar. Qarşıya qoyulan məqsəd əldə edildi. Ümumilikdə, 4 milyona yaxın əhali pandemiyaya qarşı mübarizə tədbirlərinə ciddi riayət etdilər. Kiçik və cüzi qanun pozuntuları hesab edirəm ki, ümumi xarakteristikaya təsir etmir".Millət vəkili vurğulayıb ki, bütün bu tədbirlərlə yanaşı sosial izolyasiya, tibbi maskaların istifadəsi, gigiyena qaydalarına riayət edilməsinə çox böyük ehtiyac var: "Bu elə bir xəstəlikdir ki, bir nəfərin belə bu qaydalara riayət etməməsi xəstəliyin qarşısının alınmasına mane olur. Ümumi nəticələri mən normal hesab edirəm. Düzdür, biz, hansısa günün nəticələrini təxminən 10 və ya 14 gün sonra daha dəqiq biləcəyik. Həmin günün nəticələrində ciddi azalma müşahidə edəcəyik. Çünki, virus daşıyıcısı olan insanlar cəmiyyət arasına çıxmırlar. Onlar bunu bilməsələr də xəstəlik daşıyıcısı rolunu oynayırlar. Ola bilsin ki, bundan sonra da bir neçə dəfə belə hallar təkrarlansın. Biz başa düşməliyik ki, koronavirusla yanaşı yaşamağı bacarmalıyıq. Ancaq koronavirusa təslim olmamalıyıq. Bu virusa qalib gəlməyin bir yolu var, hamı koronavirusla mübarizə üsullarına əməl etməlidir".

sia.az

Digər xəbərlər