Siyasət

  • 10 119

“İşsiz insanlara birdəfəlik ödənişin verilməsi təqdirəlayiqdir” ÖZƏL-MÜNASİBƏT

image

“Bildiyimiz kimi, ötən həftədən koronavirusla effektiv mübarizənin aparılması və bu mübarizədə insanlarımızın sağlamlığının qorunması üçün ölkədə yenidən 2 həftəlik sərtləşdirilmiş karantin rejimi tətbiq olunub. Belə bir karantin, hər şeydən əvvəl, bütövlükdə cəmiyyətin bu bəladan mümkün ola biləcək qədər mühafizə olunması xarakteri daşımaqla yanaşı, fərqli səbəblərdən bu pandemiyaya müxtəlif münasibət sərgiləyən bizlərə fərdi məsuliyyəti diqqətdə tutmağın nə qədər vacib olmasıını bir daha vurğulayır.” Bu sözləri SİA-ya verdiyi açıqlamada Mirzə Ələkbər Sabir Fondunun prezidenti, BDU-nun dosenti Sevda Tahirli deyib.Fondun prezidentinin sözlərinə görə, təbii ki, belə hallarda bu kimi zəruri addımların digər təsirləri də meydana çıxır.“Pandemiyanın gedişinin önlənməsinə yönələn zəruri və məcburi şərtlər daxilində müəyyən mənəvi, sosial və digər çərtinliklər reallaşır. Bu çətinliklərin müəyyən qədər aradan qaldırılması məqsədilə koronavirusla mübarizə tədbirləri nəticəsində işini itirmiş şəxslərə, işsiz insanlara birdəfəlik ödənişin verilməsi tədbiri təqdirəlayiqdir. Çünki yaxşı bilirəm ki, bu yardıma ehtiyacı olan insanlar var. Əhalinin bəlli səbəblərdən zərər çəkmiş seqmenti 190 manat məbləğində dövlət yardımını ümidlə gözləyən insanlar sırasındadır. Onlara bu maddi dəstəyin verilməsi, sözsüz ki, dövlətimizin öz vətəndaşlarınnın sosial durumuna həssaslıqla yanaşması, eləcə də diqqətinin nümunəsi kimi yüksək dəyərləndirilməlidir”, deyə Sevda Tahirli bildirib.

sia.az

Digər xəbərlər